Yüklənir...

shape shape shape shape

Balaca macəra sevərlər üçün Britaniyada unudulmaz yay təcrübəsi!

10 iyul 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Balaca macəra sevərlər üçün Britaniyada unudulmaz yay təcrübəsi!

Sizin də 8 - 17 yaş arası övladlarınız var? O zaman, xəbəri sona qədər oxuyun!

 

Unudulmaz yay təcrübəsi qazanmaq istəyən balaca macəra sevərlər üçün EC Academy, özündə İngilis dili + idman, kreativ və akademik kursları cəmləşdirən və peşəkar müəllim və məşqçilər tərəfindən tədris olunan YAY proqramı təklif edir!

 

Təcrübəli və mehriban EC Academy heyyəti, şagirdləri İngilis dilli pozitiv bir mühit ilə əhatə edir. Yay proqramına qatılmaqla övladlarınız, İngilis dili bacarıqlarını inkişaf etdirməklə yanaşı, dünyanın dörd bir yanından yeni dostlar qazanacaq və müxtəlif kurslar sayəsində unudulmaz bir yay təcrübəsi yaşayacaqlar!

 

Yay proqramı möhtəşəm kampusa sahib Wellington Academy daxilində baş tutacaqdır. 1837-ci ildə əsası qoyulmuş pansionat məktəb, Britaniyanın aparıcı təhsil müəssisələri sırasındadır.

Kampus: Wellington, Somerset, West England

Tarixlər: 11 İyul - 15 Avqust 2021

Yaş həddi: 8 - 17

Məktəb, şagirdlərinin təhlükəsizliyini və komfortunu düşünərək təklif olunan proqramların sayını minimuma endirərək, yalnız aparıcı proqramlardan olan Multi Activities üzərində dayanmaq qərarına gəlmişdir. Bu proqram balacalara müxtəlif idman növləri və tədbirlərdə iştirak imkanı yaradaraq, hər bir şagirdin istəklərinə uyğun olaraq tərtib olunmuşdur.

*Bu arada Wellington Academy 2021-ci ildən etibarın YENİ 1 və 5 günlük Wellington Day Camp and Residence (Activities only) yay proqramına da start vermişdir.

 

Qeyd edək ki, Böyük Britaniya ilə yanaşı, EC Academy həm də ABŞ, Los Angeles-də yerləşən UCLA Academy daxilində təklif olunan yay proqramları ilə məşhurdur. Lakin, mövcud səbəblərə əsaslanaraq, məktəb 2021 Yay proqramlarını təxirə salmaq məcburiyyətində qalmışdır. 2022 Yay proqramları haqqında məlumat veriləcəkdir.

Yay proqramına qatılmaq üçün qeydiyyatdan keçməyiniz kifayyətdir. Sonrakı etapda əməkdaşlarımız sizinlə əlaqə saxlayacaqdır. Azeri Student - xəyallarınızı Sizin üçün əlçatan edəcək!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın