Yüklənir...

shape shape shape shape

AZERİ STUDENT BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ

10 oktyabr 2021

Tədbir Tarixi

00:00

Tədbirin Başlama Vaxtı

17:00

Tədbirin Bitmə Vaxtı
AZERİ STUDENT BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ

10 oktyabr 2021-ci il tarixində Azeri Student xaricdə təhsil şirkətinin təşkilatçılığı ilə Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.

Sərgi ölkənin ən prestijli təhsil tədbiri olmaqla yanaşı, xaricdəki təhsil sektorları ilə mütəxəssislər, tələbələr, valideynlər arasında qarşılıqlı fəaliyyət platformasıdır. Sərgi iştirakçıları ondan artıq ölkənin yüzdən çox universitetində bakalavr, magistr, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları haqqında tələbə və valideynləri, lazımi informasıya ilə məlumatlandıracaqlar.

Beynəlxalq Təhsil Sərgisində gün ərzində siz paralel olaraq sənədləşmə, viza prosesləri, Azeri Student Dil Kursları daxilindəki SAT, IELTS, TOEFL və s. proqramlar haqqında bütün məlumatları əldə edəcəksiniz.

 

Sərginin əsas bölmələri:

  • Xaricdə ali təhsil - Bakalavr, Magistratura, MBA, aspirantura, doktorantura

  • Online təhsil

  • Xaricdə orta təhsil

  • Dil kursları, kurslar, yay məktəbləri, treyninqlər

 

Qeyd edək ki, Azeri Student Beynəlxalq Təhsil Sərgisi tələbələrin təhsilə təşviqi üçün ən səmərəli vasitələrdən biridir. Bu il sərgidə təmsil olunacaq təhsil müəssisələri, tədris ocaqları, şirkət və təşkilatlar da bunu bir daha sübut edir.

 

Giriş: Ödənişsizdir!

Tarix: 10 oktyabr 2021-ci il

Saat: 12:00 - 17:00 aralığında 

Sərginin keçiriləcəyi məkan: JW Marriott Absheron Baku Hotel

 

Qeyd: Sərgi zalına daxil olarkən 18 yaşından yuxarı hər bir iştirakçı Peyvənd Sertifikatını təqdim etməlidir.

 

DİQQƏT!!! Sərgidə iştirak üçün saytımızdan qeydiyyatdan keçməyiniz mütləqdir.

 

Sərginin zəngin məzmunu və təmin etdiyi beynəlxalq imkanlar haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağa tələsin!

 

Əlaqə: 050 295 97 75 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın