Yüklənir...

shape shape shape shape

Avropanın ən yaxşı incəsənət universitetlərinin nümayəndələri ilə FƏRDİ görüşlər!

23 noyabr 2020

Tədbir Tarixi

14:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Avropanın ən yaxşı incəsənət universitetlərinin nümayəndələri ilə FƏRDİ görüşlər!

İncəsənət üzrə təhsil alanların sayı ötən illərlə müqayisədə getdikcə artır. İnsanlar bu sferadakı iş, biznes, karyera imkanları ilə tanış olduqca, incəsənətlə hobbi kimi məşğul olanların sayı azalır. Əksinə bu sahədə ixtisaslaşmaq istəyənlər, bu gəlirli sahədən pay götürmək istəyənlər böyük nisbətlə çoxalır.

 

Bəzən incəsənət təhsili arzusunda olanlar haradan başlayacaqlarını bilmir, hansı ölkə, universitet və ixtisas seçmələri mövzusunda tərəddüd yaşayırlar. 

 

Avropanın İncəsənət sahələri üzrə öndəgedən təhsil müəssisələrinin nümayəndələri bu tərəddüdlərdən azad olub, Sizin maraqlarınıza, istedadlarınıza uyğun məktəb, universitet və ixtisasın seçilməsində yardımçı olmaq üçün hər bir tələbə ilə individual olaraq görüşməyə hazırdırlar! Bu görüşlərin əsas məqsədi isə aşağıdakı sualları aydınlaşdırmaqdır:

  • Hər bir ölkənin sözügedən ixtisaslar üzrə ütünlükləri
  • Qəbul prosesinin özəllikləri
  • Qəbul məktubu almaq üçün vacib olan sənədlərin siyahısı
  • Portfolio tələbləri
  • Mümkün endirimlər və güzəştlər

 

Təhsil və şəxsi gözləntilərinizi qarşılayacaq universitet seçimini elə indi edin!

 

  • Istituto Marangoni (Böyük Britaniya, Fransa, İtaliya)

Istituto Marangoni moda, dizayn və incəsənət sahələri üzrə qabaqcıl bir universitet hesab olunur. Burada modaya olan sevgi dünyanın müxtəlif yerlərindən olan mədəniyyətləri, fikirləri və insanları birləşdirir. Universitetin əsası 1935-ci ildə İtaliyada qoyulmuşdur. 80 il ərzində universitet özünü sadalanan sahələr üzrə ən yaxşılar sırasına əlavə etməyi bacarmışdır. Istituto Marangoni məzunları arasında növbəti adlar yer alır: Franco Moschino, Alessandra Facchinetti, Domenico Dolce. Məzun olduqdan sonra tələbələr D&G, Chanel, Prada, Versace və digər məşhur moda evlərində karyeralarına start verə bilərlər.

  • IED, Istituto Europeo di Design (İspaniya və İtaliya)

1966-cı ildə əsası qoyulmuş bu məktəb, tələbələrə dizayn, moda, vizual incəsənət və kommunikasiya istiqamətlərində təhsil verən aparıcı təshil müəssisələrindən birinə çevrilmişdir. Universitet İtaliyanın Təhsil Nazirliyi, universitetləri və elmi tədqiqatları tərəfindən akkreditasiya olunmuşdur (MIUR). Eləcə də, IED 200 üzəri partnyora sahibdir, onların arasında Valentino, Armani, Versace, Prada, Diesel, Fendi, Vogue Italia, Dior, Calvin Klein və s. yer alır.

 

  • Cambridge School of Visual & Performing Arts (Böyük Britaniya)

CSVPA Birləşmiş Krallıqda (Cambridge) incəsənət üzrə keyfiyyətli təhsil vəd edən ən yaxşı universitetlərdən sayılır. Burada teatral incəsənətdən tutmuş 3D dizayna kimi müxtəlif sahələrdə Bakalavr və Magistratura dərəcələri təklif olunur. Məktəb Kingston University akkreditasiyasına sahibdir. CSVPA - ELLE, ELLE Decoration, Harper's Bazaar, Esquire и Cosmopolitan kimi məşhur jurnalları dərc edən Hearst media konqlomeratı ilə six əlaqələrə sahibdir.

 

  • Nuova Accademia di Belle Arti (NABA) (Italiya)

NABA 1980-ci ildə Milanda yaradılmışdır. NABA - məşhur universitetlər zənciri olan Laureate International Universities Network-a daxil İtaliyanın ən nəhəng universitetlərindən biri hesab olunur. Akademiya İtaliyanın Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunmuş italyan və ingilis dillərində Bakalavr və Magistratura proqramları təqdim etməkdədir.

 

Öz gələcəyinizi indidən dizayn edin!

 

Seçilmiş universitetlərin nümayəndələri ilə görüş təyin etmək üçün mütləq şəkildə qeydiyyatdan keçin. 

Suallarınız var? Zəng edin:050 291 79 72

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın