Yüklənir...

shape shape shape shape

Avropanın ən perspektivli incəsənət universiteti - Istituto Marangoni

28 oktyabr 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Avropanın ən perspektivli incəsənət universiteti - Istituto Marangoni

Istituto Marangoni 1935-ci ildə məşhur geyim dizayneri Giulio Marangoni tərəfindən əsası qoyulmuş Avropanın ən perspektivli incəsənət universitetidir. Bu gün Istituto Marangoni kampusları dünya modasının paytaxtlarında yerləşir: Milan, Florensiya, London, Paris, Şanxay, eləcə də Miami, Mumbai və Shenzhen.

80 illik tarixi ərzində Istituto Marangoni aparıcı yaradıcı universitet kimi qüsursuz reputasiya qazanıb və moda təhsili sahəsində dünya lideri olub. Bu gün Istituto Marangoni moda, dizayn və incəsənət sahəsində bakalavr və magistr proqramları vasitəsilə keyfiyyətli ali təhsil təklif edir.

Istituto Marangoni-nin əsas kampusu Milanın mərkəzində, dünyaca məşhur Montenapoleone küçəsinin yanında yerləşir, burada dünya brendlərinin butikləri Dior, Valentino, Versace və s. yer alır.

  • Istituto Marangoni CEOWORLD jurnalının 2016-cı il buraxılışına əsasən dünyanın ən yaxşı moda məktəblərinin TOP-100-də və İtaliyanın moda universitetlərinin TOP-10-undadır.
  • Aparıcı moda jurnalı Fashionista 2016-a görə ən yaxşı moda məktəbləri reytinqində TOP-4-də yer alır.
  • Istituto Marangoni məzunlarının 95%-i beynəlxalq şirkətlərdə moda və dizayn sənayesində çalışır: Giorgio Armani, Versace, Dolce & Gabbana, Prada, Gianfranco Ferre, Gucci, Etro, Bello Diaz Interior Design, Krizia, Valentino, Max Mara və s.

Istituto Marangoni kurikulumunda praktiki məşqlərə çox diqqət yetirilir: tələbələr layihələr hazırlayır, sərgilərdə və moda nümayişlərində iştirak edirlər: Milano Dizayn Həftəsi, London Moda Şousu, Monte Karlo Moda Həftəsi və s.

Istituto Marangoni Milano'da Moda Dizaynı tələbələri tərəfindən hazırlanan kolleksiyaların fikirlərindən ilham alaraq virtual açıq qapı günləri həyata keçirir. Siz, bu seminarlar sayəsində Moda nümayişinlərində məkan seçimindən tutmuş podiumun qurulmasına, modelin seçilməsi, üslub, saç düzümü və makiyajdan səs dizaynına qədər hər bir nüans haqqında maraqlı biliklər öyrənə biləcəksiniz.

 

  • Paris • October 28 at 3pm CET
  • London • November 4 at 4pm CET
  • Firenze • November 9 at 5pm CET
  • Milano Fashion • November 10 at 5pm CET
  • Milano Design • November 11 at 5pm CET

 

Elə indi saytımızdan qeydiyyatdan keçin, Virtual Açıq Qapı günlərində iştirak edərək, Fashion Design, Fashion Business, Fashion Styling, Curating Art & Fashion, Art Management sahələri üzrə Bakalavr və Magistr kurslarını kəşf edin.

 

Istituto Marangoni, virtual open days proqramları və qəbul prosesi haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə Azeri Student konsultantları ilə əlaqə saxlaya bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın