Yüklənir...

shape shape shape shape

Aston University

Aston University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: £21,750 +
  • Universitetin reytinqi: Birləşmiş Krallıqda TOP-5
  • QS reytinqi: 423
  • Qəbul tələbi: IELTS 6.0+

 

Ətraflı məlumat

Aston Universiteti dünya miqyasında tanınan və nüfuzlu təhsil müəssisəsi kimi seçilir. İngiltərənin Birmingham şəhərində yerləşən universitet 1895-ci ildə qurulduğu gündən bəri yüksək keyfiyyətli təhsil və tədqiqat fəaliyyətləri ilə adından söz etdirib. 

Aston Universiteti tələbələrə nəzəri bilik və təcrübəni birləşdirən təhsil modeli təqdim edərək, onları iş dünyasına və akademik həyata ən yaxşı şəkildə hazırlayır.

Universitetin təklif etdiyi proqramlar müxtəlif sahələr üzrə beynəlxalq akkreditasiyalara malikdir və məzunlarına geniş iş imkanları yaradır.

Aston Universitetinin yerləşdiyi Birmingemdə tələbələr həm akademik, həm də sosial baxımdan unikal imkanlar əldə edirlər. Universitetin böyük və müasir kampusu, şəhərin canlı atmosfer maraqlı tələbəlik həyatı yaşamaq üçün əsas amillərdir.

Aston Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting and Finance BSc (Hons)
  • Applied Chemistry BSc (Hons)
  • Artificial Intelligence and Robotics BSc (Hons)
  • Biochemistry BSc (Hons)
  • Biological Sciences BSc (Hons)
  • Biomedical Engineering BEng (Hons)
  • Biomedical Science BSc (Hons)
  • Business Analytics BSc (Hons)
  • Business and International Relations BSc (Hons)
  • Business and Management BSc (Hons)
  • Business and Politics BSc (Hons)

Magistratura tədris pilləsi üçün:

  • Advanced Clinical Practice MSc
  • Advanced Clinical Practice in Ocular Health MSc
  • Advanced Dental Implantology MSc
  • Advanced Health Assessment PgCert
  • Advanced Hearing Therapy Practice MSc
  • Applied Artificial Intelligence MSc
  • Applied Psychology (Singapore) MSc
  • Artificial Intelligence MSc
  • Artificial Intelligence with Business Strategy MSc
  • Business Analytics MSc
  • Business and Management MSc
  • Civil Infrastructure Engineering MSc

Doktorantura tədris pilləsi üçün:

  • Aston Business School
  • School of Social Sciences and Humanities
  • College of Engineering and Physical Sciences

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Aston univeristetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Aston Universitetinin ortalama təhsil haqqı

Aston Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə £21,750-dən başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Ərizə forması: UCAS və ya universitetin onlayn ərizə portalı vasitəsilə doldurulmalıdır.
  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript. 
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti. 

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.0, hər bölmədən ən azı 5.5 bal. Bəzi ixtisaslar üçün minimal ümumi bal 6.5 və 7.0-dır.
  • TOEFL (iBT): Minimum ümumi bal 78. Bəzi ixtisaslar üçün 93, 101 bal-dır.

Bu tələblər ümumidir və proqramdan aslı olaraq əlavə sənədlər də tələb oluna bilər. Bu səbəbdən də maraqlandığınız proqram üzrə tələb olunan sənədləri  universitetin rəsmi veb-saytına keçid edərək öyrənməyiniz məsləhətdir.

Aston Universitetinin təqaüd imkanları

Aston Universitetində istər universitetin, istər beynəlxalq təşkilatların, istərsə də dövlətin maliyyələşdirdiyi xeyli təqaqdlər var. 

Universitetin təyin etdiyi bu təqaüdlər, təhsil haqqını tam və ya qismən qarşılayaraq tələbələrin təhsil xərclərini azaltmaq üçün nəzərdə tutulub.  Onlardan bəziləri bunlardır:

Aston Excellence Scholarship: Akademik göstəriciləri yüksək tələbələrə verilir. 

Global Ambassador Scholarship: Akademik nəaliyyətləri və könüllü fəaliyyətlərdə aktiv iştirak edənlərə verilir

Vice-Chancellor's International Scholarship: Akademik nailiyyətləri üçün verilir.

Aston Achievement Scholarship: Həm akademik, həm də digər sahələrdə bacarıqları ilə fərqlənən tələbələrə verilir.

Aston Sports Scholarship: İdman sahəsində üstün nailiyyətlər göstərən tələbələrə verilir. 

Bunlar təqaüdlərin yalnız bir hissəsidir. Universitetdəki təqaüdlərin siyahısı universitetin rəsmi saytında “International Scholarships” səhifəsində əks olunub.

Aston Universitetində tələbə həyatı

Aston Universiteti tələbələrinə yalnız yüksək keyfiyyətli təhsil deyil, eyni zamanda zəngin və maraqlı tələbə həyatı təklif edir. 

Universitetdəki tələbə həyatı, tələbələrin akademik inkişafına əlavə olaraq şəxsi və sosial inkişafına da töhfə vermək üçün geniş imkanlar və fəaliyyətlər ilə doludur.

Kampus 

Aston Universitetinin kampusu Birmingham şəhərinin mərkəzində yerləşir və tələbələrə hər cür imkanı təqdim edir. Kitabxana, idman mərkəzləri, laboratoriyalar, yeməkxanalar tələbələrin istifadəsindədir. 

Kampusda yerləşən yataqxanalar isə tələbələrin rahatlığı üçün modern, təhlükəsizlik də daxil olmaqla hər bir şəraitlə təmin edilmişdir.

Tələbə birlikləri və təşkilatları

“Aston Students' Union”, tələbələrin maraqlarına uyğun olan müxtəlif fəaliyyətlər təşkil edir. 

Burada tələbələr müxtəlif klublar və təşkilatlara qoşularaq yeni dostlar qazana və maraqlarını inkişaf etdirə bilərlər. 

Universitetdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dən çox tələbə klubu və cəmiyyəti mövcuddur. Bu klublar arasında idman, mədəniyyət, akademik klublar yer alır.

İdman və sağlamlıq

Aston Universiteti müasir idman mərkəzləri və obyektləri ilə tam təmin olunmuşdur. 

Tələbələr burada müxtəlif idman növləri ilə məşğul bilər, fitnes mərkəzindən istifadə edə və sağlam həyat tərzi keçirə bilərlər. 

Qeyd edək ki, universitetin sağlamlıq xidməti də mövcuddur.

Sosial və mədəni fəaliyyətlər

Aston Universiteti hər il çoxlu sayda sosial və mədəni tədbirlər təşkil edir. Bu tədbirlər arasında musiqi festivalları, teatr nümayişləri, beynəlxalq mədəniyyət günləri və daha çox yer alır. 

Dəstək xidmətləri

Universitetdə tələbələrə akademik və peşəkar inkişaf üçün mentorluq proqramları var. Bu proqramlar tələbələrə həm akademik, həm də karyera cəhətdən dəstək verir. 

Burada verilən xidmətə iş tapmaq, CV hazırlamaq, müsahibə texnikaları və karyera planlaşdırması mövzusunda məsləhətlər daxildir.

İnnovativ təhsilə sahib Aston Universitetində təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın