Yüklənir...

shape shape shape shape

Arzularınıza aparan bileti biz HƏDİYYƏ edirik!

23 iyun 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Arzularınıza aparan bileti biz HƏDİYYƏ edirik!

Dünyanın mədəni müxtəlifliyi baxımından ən zəngin ölkələrindən biri olan İngiltərə, universitet təhsili üçün son dərəcə aktiv öyrənmə mühitinə malikdir. İngiltərə hər il bura təhsil almaq üçün gələn minlərlə universitet tələbəsinin evidir.

 

Hər birinizi 23 İyun, saat 10:00 - 19:00 arası baş tutacaq qəbul gününə gözləyirik! Sənədlərinzlə birgə ofisimizə yaxınlaşın, individual konsultasiyadan keçərək sizə uyğun universiteti seçin və ödənişsiz təyyarə bileti qazanın!

 

Sənədlərin siyahısı:

  • Pasport

  • Transkriptlər

  • İngilis dili sertifikatı - IELTS, TOEFL (varsa)

 

Seçdiyiniz ixtisasdan asılı olmayaraq, İngiltərə, bakalavr, magistratura və aspirantura səviyyələrində maraqlarınızı izləmək üçün fantastik bir yerdir. Bundan əlavə bu ölkədəki təhsil sizə ingilis dilinizi inkişaf etdirmək və xəyal karyeranızın pilləkəninə qalxmaq üçün lazım olan bacarıqları qazanmaq imkanı verəcəkdir. Buradakı müəllim və akademik heyəti sizi müstəqil düşünməyə təşviq edərək, şəxsi bacarıqlarınızın inkişafınıza xüsusi diqqət göstərəcəklər.

 

İngiltərə universitetləri dünyadakı akademik nailiyyətləri, tədqiqatları və təhsil keyfiyyətləri ilə hər zaman ön plana çıxır. Bu universitetlər ümumi sıralamaların yanında sahə sıralamalarındakı uğurları ilə diqqət çəkərək güclü beynəlxalq nüfuz qazanmışdırlar. Aşağıdakı siyahıdan isə yenilikçi tədris yanaşmasına sahib bir çox universitetlə tanış olacaqsınız.

 

1.University of St Andrews - Universitet St Andrews, Fife, Scotland - da yerləşən, ictimai tədqiqat universitetidir.

UK TOP 3 WORLD TOP 86

 

2. Loughborough University - East Midlands of England ərazisində yerləşir, ictimai araşdırma universitetidir.

UK TOP 5 WORLD TOP 226

 

3. Durham University - Kollektiv araşdırma universitetidir, North East England bölgəsindədir.

UK TOP 7 WORLD TOP 70

 

4. Lancaster University - Lancaster, Böyük Britaniyanın əsas liqalar cədvəllərində yüksək dərəcəyə sahibdir və dünya miqyasında akademik qurumların ən yaxşıları arasındadır.

UK TOP 8 WORLD TOP 130

 

5. University of Warwick - Universitet 1965-ci ildə ali təhsilə giriş imkanlarını genişləndirmək üçün hökumət təşəbbüsünün bir hissəsi olaraq qurulmuşdur.

UK TOP 10 WORLD TOP 62

 

6. University of Bath - Əsası 1960-cı ildə qoyulan universitet 2013-cü ildən bəri anket araşdırmalarına əsasən birincilər arasında yer alır.

UK TOP 11 

 

7. University of Leeds - Universitet İngiltərənin West Yorkshire, Leeds şəhərində yerləşən qırmızı kərpicdən hazırlanmış bir İngilis universitetidir. 1904-cü ildə Leeds Universiteti krallıq nizamnaməsi aldı.

UK TOP 13 WORLD TOP 133

 

8. University of Birmingham - Birmingham Universiteti, ingilis tədqiqat universitetlərindən biri olub, Russell Qrupunun qurucu üzvüdür.

UK TOP 14 WORLD TOP 119

 

9. University of Manchester - Manchester Universiteti (UoM), 2004-cü ildə Manchester Universitetinin və Elm və Texnologiya İnstitutunun birləşməsi ilə meydana gələn böyük bir tədqiqat universitetidir.

UK TOP 18 WORLD TOP 56 

 

10. Royal Holloway, University of London - İctimai tədqiqat universiteti və London Federal Universitetinin təsis kollecidir.

UK TOP 19 WORLD TOP 129

 

11. University of Southampton - Southampton Universiteti tədqiqatlar aparan bir universitetdir və Britaniyanın elit universitetlərdən təşkil olunmuş Russell Qrupunun qurucu üzvüdür.

UK TOP 20 WORLD TOP 110

 

12. Nottingham Trent University - İngiltərənin Nottingham şəhərində yerləşən bir dövlət universitetidir.

UK TOP 40 

 

13. University of York - 1963-cü ildə yaradılan York Universiteti geniş mövzuları əhatə edən otuzdan çox şöbə və mərkəzə malikdir.

UK TOP 22 WORLD TOP 128

 

14. University of Dundee - 1881-ci ildə qurulan Dundee Universiteti, fəaliyyətinin ilk illərindən St. Andrews Universitetinin təsis kolleci kimi formalaşmışdır.

UK TOP 24 WORLD TOP 185

 

15. University of Sheffield - Tədris və tədqiqat mükəmməlliyi ilə məşhur olan dünyanın ən yaxşı 100 universitetindən biridir.

UK TOP 26 WORLD TOP 97

 

16. Swansea University - Swansea, Wales-də yerləşən bir ictimai araşdırma universitetidir. Tələbə sayına görə Wales-dəki üçüncü ən böyük universitetdir.

UK TOP 31 WORLD TOP 474 

 

17. University of Essex - Ən original və ən böyük kampusu ilə İngiltərənin Colchester qəsəbəsinə yaxın olan ictimai araşdırma universitetidir.

UK TOP 37 WORLD TOP 441

 

18. Queen Mary, University of London - Londonda yerləşən ictimai araşdırma universiteti ve London Federal Universiteti təsis kollecidir. 

UK TOP 49 WORLD TOP

 

19. University of Sussex - Şərqi Sussexdəki Cənubi Downsda geniş və açıq bir yaşıl sahə yerləşən ictimai araşdırma universitetidir. 

UK TOP 38 WORLD TOP 140 

 

20. University of West London - İngiltərənin qərbində yerləşən, tibb, media, musiqi və başqa sahələr üzrə təhsil verən qabaqcıl universitetlərdən biridir.

UK TOP 52 WORLD TOP

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın