Yüklənir...

shape shape shape shape

Artıq Azeri Student sertifkatlaşmış TEST mərkəzidir!

Artıq Azeri Student sertifkatlaşmış TEST mərkəzidir!

Dəyərli oxucular! Qürurla sizinlə paylaşamaq istərdik ki, indi Azeri Student həm də sertifikatlaşmış qeyri-dövlət test mərkəzidir! Artıq siz, hazırlıq keçərək ingilis dilindən beynəlxalq imtahanlar verə bilərsiniz!

LanguageCert kimlərdən ibarətdir?
LanguageCert hər il 200 üzəri ölkədə millionlarla dil imtahanları təşkil edən PeopleCertGroup korporasiyanın bir hissəsidir.

LanguageCert, Ofqual - kvalifikasiyaların və imtahanların yoxlanması üzrə rəsmi idarəetmə orqanı tərəfindən tövsiyyə edilir. Ofqual, İngiltərədəki kvalifikasiyaların, imtahan və testlərin, eləcə də, Şimali İrlandiyadakı peşəkar kvalifikasiyanın idarəolunmasını tənzimləyən hökümət yanında nazirlər departamentidir.

LanguageCert özündə İnternational ESOL, SELT for UK Visas and Immigration, Young Learners ESOL kimi akkreditə olunmuş imtahanları cəmləşdirir.

Kimlər üçündür?
Beynəlxalq inqilis dili sertifikatı LanguageCert sizə uyğundur o halda ki:

  • Sizi xaricdə təhsil maraqlandırır. International ESOL sertifikatı Böyük Britaniyanın bir çox təhsil müəssisələri tərəfindən, həmçinin, dünyanın əksər məktəb və universitetləri tərəfindən qəbul olunur. Sizi maraqlandıran universitet və ya məktəb haqqında dəqiqi məlumat əldə etmək üçün rəsmi saytımızda lazımi formanı doldura bilərsiniz.

  • Qarşınızda Böyük Britaniyaya işlə bağlı və yaxud sadəcə yaşamaq üçün köçmək planınız var. SELT for UK Visas and Immigration - britaniya səfirliyi tərəfindən qəbul olunan bir sertifikatdır.

  • Siz beynəlxalq bir məktəbdə (lisey) təhsil almağı planlaşdırırsınız, və ingilis dili bilik səviyyənizi təstiq etməlisiniz. Yaşınızdan asılı olaraq sizə Young Learners ESOL və ya International ESOL sertifikatı uyğun gələ bilər.

İmtahanlar və xüsusi təkliflər haqqında daha ətraflı öyrənmək üçün rəsmi sosial şəbəkələrimizə abunə olun: Facebook, Instagram

Ətraflı məlumat və imtahanlara yazılmaq üçün - languagecert.az

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın