Yüklənir...

shape shape shape shape

American University Washington

American University Washington

Bu Qurum Haqqında

American University Washington

  • Vaşinqton, ABŞ
  • 1893-cü ildə təsis edilib
  • Minimal təhsil haqqı - 53.000$

Universitet haqqında

Amerika Universiteti Vaşinqton, ABŞ-ın paytaxtındakı xüsusi universitetdir, 1893-cü ildə təsis edilmiş, ölkənin öndə gedən universitetlərindən biridir. Siyasət, Beynəlxalq Münasibətlər, Dövlət İdarəetməsi və Biznes proqramları ilə tanınır.

ABŞ-ın 6 prezidenti universitetin Qəyyumlar Şurasının üzvü olublar. Con Kennedi və Barak Obama da daxil olmaqla bir çox prezident, kampusda tələbəllərin qarşısında şəxsən çıxış ediblər. Universiteti bitirən 10 məzundan 9-u, məzun olduqdan sonra 6 ay ərzində təhsil aldığları ixtisas üzrə iş ilə təmin edilir və ya aspiranturada təhsilini davam etdirir.

Məzunlar Pepsico, Deloitte, Boeing, YouTube, Apple, Associated Press, Amazon, Condé Nast, Dünya Bankı, BMT, Beynəlxalq Valyuta Fondu və digər şirkətlərdə çalışırlar. Kampusda 40-dan çox tədqiqat mərkəzi və institut var. Universitetin 200-dən çox klub və təşkilatları mövcuddur.

  • 14 311 şagird, bunlardan 1 370 nəfəri-130 ölkədən əcnəbi tələbələrdir
  • Ölkənin ən yaxşı universitetləri siyahısında 72 - ci yer (National University Ranking)
  • Müəllimlərin sayının şagird sayına nisbəti: 1:12
  • Məzunların 91%-i ixtisası ilə məşğul olur
  • ABŞ-da ən çox siyasi cəhətdən aktiv universitetlərdən biri (The Princeton Review's)
  • Sinifdə 23 nəfər
  • Fulbrayt təqaüdçiləri sayında liderdir
  • Tələbələrin 86% - i təcrübə keçir

Tədris

Universitet əcnəbi tələbələrə müxtəlif bakalavr və magistr proqramları təklif edir.

Hazırlıq proqramlarının əsas istiqamətləri:

  • Humanitar fənnlər
  • STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat)
  • Biznes

Pre-Sessional English proqramı

Dilin inkişafı üçün əlavə hazırlıq proqramı
Müddət - 1 semestr və daha çox.

Populyar ixtisaslar

  • Humanitar elmlər
  • Təbiət elmləri
  • Riyaziyyat
  • Biznes və iqtisadiyyat

 

Proqram və xərclər 2020

Bakalavr
Minimal 53.000$

Magistratura
Minimal 22.000$

* Qiymət seçdiyiniz proqram və ixtisasdan asılı olaraq dəyişir.

Giriş tələbləri

Bakalavr:

  • GPA 3
  • IELTS 5.5-6.5 / TOEFL 68-80

* Tələblər proqram və seçilən ixtisasa görə dəyişir.

Magistratura:

  • GPA - 3.0
  • IELTS 6.0-6.5 / TOEFL 74-80

Ünvan

4400 Massachusetts Avenue, NW

- Kampus hərəkətli və canlı Vaşinqton şəhərinin mərkəzində olmasına baxmayaraq ərazisi yaşıllıqdır.
- Kampusda təhsil binaları, yaşayış yerləri, idman meydançaları (futbol və voleybol sahələri, tennis kortları), teatr və incəsənət mərkəzi, media mərkəzi, açıq amfiteatr, muzey kimi mərkəzlər mövcuddur.

Tələbə həyatı

Tələbələr, kampusda 2 nəfərlik otaqlarda yaşayırlar. Otaqlar, lazımlı mebel və kondisioner ilə təchiz olunmuşdur. Milliyətindən asılı olmayaraq, tələbələrin hamısı eyni mühitdə olurlar. Tələbələrin xidmətinə çamaşırxana, mətbəx, istirahət otağı, idman zalı kimi məkənlar da mövcuddur.

- Kampus daxilindəki yaşayış yerləri
- 2-3 nəfərlik rahat otaqlar

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın