Yüklənir...

shape shape shape shape

Alman universitetindən distant təhsilə özəl SCHOLARSHIP

11 avqust 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Alman universitetindən distant təhsilə özəl SCHOLARSHIP

70,000 tələbəsi və 200-dən çox bakalavr, magistr və MBA proqramları ilə IU International University of Applied Sciences (IU) tələbə qəbulu baxımından Almaniyanın ən böyük universitetidir. Universitetin Berlin və Bad Honnef kampusları mövcuddur.

IU, öz təhsil keyfiyyətini itirmədən proqram və kurslarını mümkün qədər çevik və yenilikçi bir şəkildə dizayn edir. Mükəmməl tələbə xidmətləri və peşəkar məsləhətlərə diqqət yetirməklə yanaşı, mütəxəssis təcrübəsi və yenilikçi öyrənmə materialları təklif edir. IU proqramları məzunları beynəlxalq iş dünyasına hazırlamaq üçün mövzuya aid xüsusi bilik və sosial bacarıqların təsirli şəkildə ötürülməsi ilə xarakterizə olunur.

IU International-da təhsil alaraq siz qlobal bir mühitdə karyera qurmaq imkanı əldə edirsiniz. IU, tələbələri beynəlxalq əhəmiyyətli karyeralarına hazırlayaraq, həm ümumi idarəetmə modulları, həm də mövzuya uyğun məzmun üçün beynəlxalq bir perspektiv təqdim etməyə çalışır. IU, gələcək nəsil mütəxəssisləri qlobal biznesə hazırlamaq üçün bütün fəaliyyətlərində beynəlxalq düşüncəsini nümayiş etdirir.

 

Distant təhsil və 80%-ə qədər scholarship əldə etmə şansı

Təhsil mərkəzi ənənəvi təhsillə yanaşı distant təhsil üçün onlayn təlim də təklif edir. Həm onlayn təhsilin, həm də kampus təhsilinin öz fərqli üstünlükləri var. İkisi arasında qərar verə bilməyən və ya fikrini daha sonra dəyişə biləcəyini düşünən tələbələr IU-da onlayn və kampus şərtləri arasında keçid edə bilərlər.

IU-nun onlayn proqramları ilə tələbələr təhsil almaq üçün nə qədər vaxt ayırmaq istədiklərini və dərəcələrinin nə qədər davam edəcəyini seçə bilərlər. IU, tam zamanlı, yarı zamanlı və ya uzun müddətli üç təhsil modeli təklif edir, belə ki tələbələr təhsillərini öz proqramlarına uyğunlaşdıra bilərlər. IU onlayn təhsil proqramları ilə maraqlanan tələbələr üçün ‘Full Tuition Price’ 80%-ə qədər scholarship təklif edir.

 

LSBU ikili dərəcə 

IU, ən populyar tədris proqramlarından bəzilərinə bərabər təhsil məzmunu təklif edən London South Bank University ilə (LSBU) birgə proqramlar təklif edir. Bu o deməkdir ki, tələbələr IU-da alman universitet dərəcəsi almaqla yanaşı,həm ingilis təhsil dərəcəsinə də yiyələnirlər.

Proqramlarını müvəffəqiyyətlə bitirən tələbələr avtomatik olaraq LSBU tərəfindən təsdiqlənmiş dərəcələrini və IU-dan sertifikatları alırlar. Bu, tələbələr heç bir əlavə təhsilə və ya İngiltərəyə səyahətə ehtiyac olmadan beynəlxalq karyera arenasında nailiyyətlər qazana bilirlər.

 

IU International University of Applied bakalavr, magistr və MBA dərəcələri üzrə aşağıdakı proqramları təklif edir

  • Business & Management 
  • Data & IT 
  • Engineering & Technology 
  • Marketing & Communication 

 

Univeristet haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilər və ya konsultantlarımızla görüş təyin edərək sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın