Yüklənir...

shape shape shape shape

ABŞ diplomuna aparan yol!

ABŞ diplomuna aparan yol!

Bu il Amerikada təhsil arzulayırdın? Artıq arzu olmaqdan çıxacaq! Səyahətə evdən başla, seçim şansını çoxalt. University of Massachusetts Boston professorlarından təhsil al və ABŞ universitetlərində tanınacaq kreditlər qazan.

2020-ci ildə ABŞ-da təhsil almaq istəyirsinizmi?

Əgər siz artıq aşağıda göstərilən ABŞ kolleclərindən və ya universitetlərindən birinə qəbul olmusunuzsa, American Collegiate Live proqramına qatılın. Distant təhsilə başlayın, eyni zamanda sizə lazımi kreditləri toplayın. Aşağıdakı fənlər arasında ilk tədris ilinin qəbul tələblərinə cavab verəcək kurslar seçə bilərsiniz:

  • English reading and writing

  • Mathematics

  • Humanities

  • Sciences və s.

* Qəbul tələbləri və kreditlərin sayı universitetdən və American Collegiate Live-ə gedən yoldan asılıdır.

American Collegiate Live (ACL) proqramının xüsusiyyətləri

ACL təhsil proqramı məqsədinizdən asılı olaraq müxtəlif sayda kredit əldə etməyə imkan yaradan 4 təhsil yollarından (trek) birini öyrənməyi nəzərdə tutur. Bu proqram sayəsində müraciət edəcək tələbələrin nəzərinə: 1, 2 və 3 nömrəli treklərə qəbul olmaq üçün GPA nəticəniz 2.5-dən az olmamalıdır. 4-cü treka qəbul almaq üçün minimum GPA yoxdur. Həmçinin treklərin hər birində ingilis dili biliklərinizlə bağlı müxtəlif tələblər mövcuddur. Əgər siz artıq ABŞ universitetinə qəbul olunmusunuzsa, sizi universitetinizin tələblərinə və ingilis dilinizin səviyyəsinə əsaslanaraq müvafiq təhsil yoluna yönləndirəcəklər.

 

    Dil bilik səviyyəsi

       Kredit sayı

  2020 yay semestri.   

        Kredit sayı       

   2020 payız semestri   

   Trek 1      IELTS 6.0 | TOEFL 79             10-12             15-17
   Trek 2   IELTS 5.5 | TOEFL 68                7-8             10-11
   Trek 3   IELTS 5.0 | TOEFL 60               3-4               7-8
   Trek 4   IELTS 3.5 | TOEFL 3     Ancaq ingilis dili      Ancaq ingilis dili

 

 Distant təhsil necə aparılacaq?

Universiteti evinizə gətiririk! Müasir interaktiv texnologiya, standart bir sinifdə olduğu kimi professorla daha çox ünsiyyət və qarşılıqlı əlaqə yaratmağa imkan verir, çünki American Collegiate Live real zaman çərçivəsində təhsil almağı təklif edir. Dərslər saat 7:00-dan 9:45-ə qədər (və ya 11:45-dən trekdən asılı olaraq) Şərqi Amerika vaxtı (Eastern Daily Time zone) üzrə keçiriləcək. Buna görə də, Azərbaycan tələbələri vaxt zonamızda, mövcud təlimə qatılmaq üçün time zone kalkulyatoru istifadə edərək müvafiq sinif zamanını hesablamalıdırlar.

Amerika Universitetləri tərəfindən təhsil kreditlərinin tanınması

University of Massachusetts Boston (UMass Boston) milli akkreditə olunmuş Amerika dövlət universitetidir, buna görə də bu universitetdən alınan kreditlər həm ABŞ-da, həm də xaricdə tanınır. Aşağıdakı siyahıda, ACL proqramı çərçivəsində tələbənin potensial transferi üçün UMass Boston kreditlərini əvvəllər qiymətləndirmiş və köçürmüş universitetlərlə tanış ola bilərsiniz. Unutmayın ki, ikinci semestrə və ya kursa keçmək üçün sizə veriləcək kreditlərin sayı seçdiyiniz universitetdən, təhsil yolundan və ingilis dilini səviyyəsindən asılı olaraq dəyişəcəkdir. Qırmızı rənglə vurğulanan universitetlər ACL-dən əldə edilən kreditlərin tam tanınmasını və transfer olunmasını təsdiqləyib.

  • Adelphi University

  • American Collegiate DC

  • American University

  • Auburn University

  • Boston University

  • Cleveland State University

  • DePaul University

  • Florida International University

  • Iowa State University

  • Louisiana State University

  • Marquette University

  • Mercer University

  • Michigan State University

  • Northeastern University

  • Ohio State University

  • Oregon State University

  • The State University of New York - Stony Brook

  • University of Central Florida

  • University of Cincinnati

  • University of Colorado - Boulder

  • University of Dayton

  • University of Illinois at Urbana-Champaign

  • University of Illinois, Chicago

  • University of Iowa

  • University of Kansas

  • University of Massachusetts, Boston

  • University of Minnesota - Twin Cities

  • University of Mississippi

  • University of South Carolina

  • University of Texas - Arlington

  • University of the Pacific

  • University of Utah

 ABŞ universitetlərində distant təhsil üçün tələb olunan təhsil haqqı

ABŞ-da 2020-ci ildə təhsil haqqı, xüsusilə böhran dövründə hər kəsi narahat edən bir sualdı. ACL proqramı, bir və ya iki semestr tədris xərclərini azaltmaq üçün bir fürsətdir, çünki Amerikada yaşam xərcləri üçün pul ödəməli və uçuşlara pul xərcləməli deyilsiniz. Buna görə mövcud sualın cavabı cədvəldədir:


 

  2020 Yay semesteri       2020 Payız semesteri
Trek 1     $ 12 000           $ 14 000
Trek 2     $ 10 000           $ 12 000
Trek 3     $ 8 000           $ 10 000
Trek 4     $ 5 000           $ 5 000

 

Amerika Universitetlərinə Qəbul 2020: Son tarixlər

Sənədlərin təqdim olunması üçün son tarixlər 5 may 2020-ci il (yay qəbul üçün) və 18 avqust 2020 (payız qəbulu üçün). Semestr üçün ödəniş bir həftə ərzində edilməlidir. Semestrlər müvafiq olaraq 26 may və 8 sentyabrda başlayır. Bu gün qəbul üçün müraciət edə bilərsiniz. American Collegiate Live proqramına qoşulmaq üçün bütün şərtləri söyləyən Azeri Student təhsil agentliyinin mütəxəssisləri ilə əlaqə saxlayın. Bundan əlavə, Azeri Student komandası sizlərə Amerika Birləşmiş Ştatlarının ali təhsili ilə bağlı bütün təfərrüatları izah edəcək və əlavə olaraq Amerika universitetini ikinci kursa keçmək üçün seçiminizdə sizə kömək edəcəklər.

 

Ünvanlar:
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın