Yüklənir...

shape shape shape shape

ABŞ-da universitet imkanları

ABŞ-da universitet imkanları

Amerika universitetlərinin zəngin şəraitə malik olması dünya səviyyəsində məlumdur. Hər il minlərlə beynəlxalq tələbə kollec, bakalavr, magistr və daha bir çox təhsil pilləsi üçün Amerikanı seçir. Gəlin, sizinlə ABŞ-da universitet oxumaq fürsətlərini və üstünlüklərini ətraflı formada araşdıraq.

Dünya səviyyəli universitet təhsili

Universitet təhsilini Amerikada almaq istəyən tələbələr ABŞ universitetlərinin uğurları haqqında araşdırmalar aparmaqla və bu araşdırmaların nəticəsində QS dünyanın ən yaxşı universitetləri sıralamasında Amerikadakı 150 universitetin bu siyahıda olduğunu görürlər. Beynəlxalq tələbələr üçün mükəmməl bir fürsət olan Amerika dünya səviyyəsində illik ən çox beynəlxalq tələbəyə universitet təhsili verən ölkə kimi birinci yeri tutur. Amerikadakı universitetlərdə ən çox seçilən ixtisaslar arasında menecment və administrasiya, mühəndislik, riyaziyyat, tibb və kompüter elmləri kimi ixtisaslar var.

Beynəlxalq səviyyədə tanınma və güclü münasibətlər

ABŞ-da universitet oxumağa qərar verməzdən əvvəl niyə Amerikanı seçməlisiniz sualı ilə qarşılaşmısınızsa, deməli bu məqalə tam sizlikdir. ABŞ universitetləri yaxşı maliyyələşən, dövlət tərəfindən tamamilə dəstəklənən və nəzarət edilən, prestijli akademik təhsil təmin edən və dünya səviyyəsində tanınan universitetlərdir. ABŞ universitetlərində yaxşı şəraitə malik şəkildə kreativliyinizi və araşdırmaçı tərəfinizi ortaya çıxararaq bir-birindən əhəmiyyətli elm adamları ilə tanış ola bilərsiniz. Həmçinin Amerikadakı bir universitetdən məzun olmaqla alacağınız əvəzsiz bir diplom və bilik bazanızla karyeranızdakı pillələri daha möhkəm və etibarlı bir formada çıxmağa başlaya bilərsiniz. ABŞ-da bakalavr təhsili almaqla xarici dil biliklərinizi inkişaf etdirə bilərsiniz, yeni mədəniyyətlərlə tanış ola bilərsiniz və dünyanın ən nadir təbiət möcüzələrini gəzərək tarix biliklərinizi artıraraq möhtəşəm təcrübələr yaşaya bilərsiniz. Bunlardan əlavə olaraq ABŞ-da universitet təhsili almaqla insanlarla ünsiyyət, fərdi bacarıqlarınızı inkişaf etdirə bilərsiniz və qlobal bir perspektiv qazanmaqla həyatınızı maraqlı edə bilərsiniz.

Karyera fürsətləri

ABŞ-da universitet oxuduqda yaşayış xərcləri və təhsil haqlarının yüksək olması halı ilə qarşılaşacaqsınız. Dövlət universitetləri özəl universitetlərlə müqayisədə nə qədər ucuz olsa da, hər ikisi üçün də ciddi bir büdcəniz olmalıdır. Ancaq bütün bu fədakarlıqları etdikdən sonra yeni bir həyat və onlarla karyera fürsəti sizi gözləyəcək. Amerikada universitet oxuduqdan sonra dünyanın hər yerində tanınan bir diploma sahib olmaqla sonradan istədiyiniz ölkədə və ya bölgədə karyeranızın ilk addımlarını böyük üstünlük və fürsətlərlə atmağa başlaya bilərsiniz.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın