Yüklənir...

shape shape shape shape

8 OKTYABR MENAUL SCHOOL NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

8 oktyabr 2021

Tədbir Tarixi

13:00

Tədbirin Başlama Vaxtı

17:00

Tədbirin Bitmə Vaxtı
8 OKTYABR MENAUL SCHOOL NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞ

ABŞ-da orta məktəb təhsili almaq istəyən şagird və valideynlərin nəzərinə! Menaul School nümayəndəsi 8 oktyabr 2021-ci il tarixində sizinlə görüşə gəlir. Menaul School, şagirdləri fərqli bir mədəniyyət və cəmiyyətlə tanış etmək üçün ABŞ-da təhsil almağa dəvət edir. İnanırıq ki, bu təcrübə dolu tədris imkanı həm yerli, həm də qlobal miqyasda gələcək liderlər və məsuliyyətli vətəndaşlar olaraq sizin təhsilinizi zənginləşdirərək, inkişaf etdirəcəkdir.

Əminik ki, bu görüş sayəsində sizə qaranlıq qalan bütün suallara cavab tapa biləcək, ABŞ-da təhsil xəyallarınız üçün ilk addımı atacaqsınız. Nümayəndə ilə görüş zamanı siz məktəb və qəbul qaydaları haqda ətraflı məlumatları əldə edəcəksiniz.

 

8 oktyabrda keçiriləcək görüşə ABŞ-DA ORTA TƏHSİLLƏ maraqlanan hərkəs dəvətlidir!

 

Nəzərinizə çatdıraq ki, görüşdə iştirak üçün qeydiyyat zəruridir.

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə.

Saat: 13:00 - 18:00 aralığında

 

MENAUL SCHOOL HAQQINDA

Menaul School, müxtəlif, intellektual, fərdi, kollec hazırlıq təhsili təcrübəsi olan New Mexico ştatının Albuquerque şəhərindəki müstəqil 6-12’ci sinif şagirdləri üçün günlük və yatılı bir məktəbdir. Menaul School, New Mexico əyaləti, Cənub -Qərb Müstəqil Məktəblər Birliyi (ISAS) və North Central Association (NCA) tərəfindən akkreditə edilmişdir. Məktəbin New Mexico və xüsusilə Menaul Blvd-nin yerləşdiyi Albuquerque şəhərində güclü tarixi kökləri var. 

Şagird-müəllim nisbəti 7:1-dir.

8-12 -ci siniflər üçün açıq olan yüksək səviyyəli idman zalları, seçilmiş idman növlərinə görə ayrılmış orta məktəb proqramları mövcuddur (6-8). Əvvəlki təcrübənizdən, bacarıq səviyyəsindən və ölçüsündən asılı olmayaraq yüksək motivasiyalı şagirdlərin cəlb edilməsi üçün xüsusi imkanlar mövcuddur. İdman proqramları gələcək idmançılar və sport manager-lər üçün əvəzsiz təhsil proqramıdır. Tələbələrin bu sahəyə marağı proqram təkliflərini daha da artırır.

Tələbələr Tələbə Şurası və BMT Modeli kimi təşkilatlara, eləcə də Junior Civitan, Garden Club, Art Club, French Club, Tribe və Robotics Club kimi klublara qatılırlar. 

 

Görüşə qatılmaq üçün saytımızdan qeydiyyatdan keçmək mütləqdir. Ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilərsiniz!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın