Yüklənir...

shape shape shape shape

15 oktyabr IMI International Management Institute nümayəndəsi ilə görüş!

15 oktyabr 2021

Tədbir Tarixi

13:00

Tədbirin Başlama Vaxtı

18:00

Tədbirin Bitmə Vaxtı
15 oktyabr IMI International Management Institute nümayəndəsi ilə görüş!

Hospitality və Business Management sahələri üzrə təhsil almaq istəyən tələbələrin nəzərinə! IMI International Management Institute nümayəndəsi 15 oktyabr 2021-ci il tarixində sizinlə görüşə gəlir. Keyfiyyətli akademik tədris, İsveçrə praktiki təhsili, əla sənaye əlaqələri və nəfəs kəsən mənzərələrin birləşməsi - IMI. Bu təhsil müəssisəsinin məzunları dünyanın hər yerində yüksək rəhbər vəzifələrdə çalışırlar. Siz də zirvəyə qalxmaq üçün elə zirvədən başlayın!

 

15 oktyabrda keçiriləcək görüşə İsveçrədə təhsillə maraqlanan hərkəs dəvətlidir!

 

Nəzərinizə çatdıraq ki, görüşdə iştirak üçün qeydiyyat zəruridir.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə.

 

Saat: 13:00 - 18:00 aralığında

 

IMI International Management Institute HAQQINDA

İsveçrədə yerləşən IMI International Management Institute-u, 1991 -ci ildə qurulan özəl hospitality və business management məktəbidir. Kampusda rahat bir ailə mühiti, hər bir tələbə üçün fərdi öyrənmə dəstəyi və karyera məsləhətləri təklif edilir.

Bakalavr səviyyəsində, International Hospitality, Turizm və Tədbir İdarəçiliyi və Global Business və Marketing İdarəçiliyi proqramları İngiltərədəki Manchester Metropolitan University və Oxford Brookes University-nin Beynəlxalq Kulinariya Sənəti Proqramı tərəfindən təsdiqlənir.

Institutun magistr proqramları üzrə seçimlərinə iş təcrübəsi imkanı təklif edən MSc in international hospitality and events management üzrə Magistr dərəcəsi, habelə Otellər və Tədbirlər və ya Kulinariya İncəsənəti ixtisası üzrə magistr dərəcələri daxildir.

Bundan əlavə, İsveçrədə federal olaraq tanınan və ingilis dilində tədris olunan International Hospitality Management (Diplom HF) proqramı üzrə İsveçrə dərəcəsi təklif edilir. Bu proqram, üç semestr təhsil ilə yanaşı, üç ixtisaslaşdırılmış təcrübə keçməyinizə imkan verir və dil bacarıqlarınızın inkişafına da böyük əhəmiyyət verir.

IMI öz tədris siyasətinə uyğun olaraq bir semestrdə sadəcə maksimum 200 tələbə qəbul edir. Bu yolla tələbələrə fərdiləşdirilmiş öyrənmə təcrübəsi verilir. Burada bütün proqramlar ingilis dilindədir, ancaq ikinci dil olaraq fransız və ya alman dilini öyrənmək imkanınız var.

IMI - bir keyfiyyət, sizin CV-nizin mükəmməllik möhürüdür. Təhsil İsveçrənin dağları və gölləri ilə əhatə olunmuş mənzərəli kampusda həyata keçirilir. Tələbələr bir çox mağaza, kafe, restoranı olan tarixi Luzern şəhərindən bir neçə dəqiqəlik məsafədədir.

 

Görüşə qatılmaq üçün saytımızdan qeydiyyatdan keçmək mütləqdir. Ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilərsiniz!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın