Yüklənir...

shape shape shape shape

Ən yaxın dostunuz - təhsilinizdir!

Ən yaxın dostunuz - təhsilinizdir!

Ən yaxın dostunuz - təhsilinizdir. Hər zaman yanınızda olan yol yoldaşınızı doğru seçmək isə sizin bu yolda ilk uğurunuzdur.

Bu dəfə sizinlə tədqiqatların aparıcı rol oynadığı University of Southampton haqqında məlumatları bölüşmək istərdik. İngiltərədə, Southampton şəhərində yerləşən universitet Böyük Britaniyanın ən nüfuzlu təhsil ocaqlarından biridir. Statistikaya əsasən İngiltərədə ilk 15-də yer alan universitet, 2021-ci il QS Dünya Universitetləri Sıralamasında daha 7 pillə irəliləyərək qlobal universitetlər arasında 90-cı yeri tutmağa nail oldu.

Siz də təhsilinizi dünya universitetləri arasında ilk yüzlükdə yerləşən, müasir dövrün yeniliklərini dərs proqramlarında əks etdirən Southampton Universitetində davam etdirmək istərdinizmi?

Cavabınızın müsbət olacağına əmin olaraq sizi bu universitetdəki bakalavr və magistr dərəcələri ilə tanış edirik.

 

Bakalavr dərəcələri:

  • Art and Design

  • Business, Economics, Finance and Management

  • Humanities and Social Sciences

 

Magistr dərəcələri:

  • Business, Economics, Finance and Management

  • Engineering and Physical Sciences

  • Humanities and Social Sciences

  • Life Sciences

 

Southampton Universitetindəki bakalavr və ya magistr hazırlıq proqramlarından birini uğurla başa vuran beynəlxalq tələbələr, dünyanın ən yaxşı reytinqli 100 universitetindən biri olan Southampton Universitetində bir sıra yenilikçi proqramlara zəmanətlə keçmək imkanı əldə edirlər.

Southampton Universitetin iş prinsipləri birbaşa qəbul tələblərini qarşılaya bilməyən xarici ölkə tələbələri üçün dizayn edilib.

 

Əziz məktəblilər, bakalavr məzunları və valideynlər! Universitet haqqında daha çox məlumat əldə etmək və ən qısa zamanda qəbul qazanmaq üçün vaxt itirmədən müraciət edin.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 76 / 050 512 28 28

E-mail ünvanı: [email protected]

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın