Yüklənir...

shape shape shape shape

Western Washington University

Western Washington University

Bu Qurum Haqqında

Western Washington University

  • Bellingham, Washington, ABŞ
  • 1893-ci ildə təsis edilib
  • İllik təhsil haqqı: 20,760$+

Universitet Haqqında

Western Washington University (WWU və ya Western) Washington ştatının, Bellingham şəhərində yerləşən bir dövlət universitetidir. Washington əyalətində üçüncü ən böyük təhsil müəssisəsi sayılır və burada 20 mindən çox tələbə təhsil alır. Universitet tələbə sayına görə ABŞ-da ortalama sıralarda yerləşir.

Universitet geniş miqyaslı tədqiqatlar aparır, məsələn; Yumru qurdların DNK-sının kodunun açılması, hemofiliya dərmanı axtarılması və dəniz ulduzlarının tükənməsinin səbəbini müəyyənləşdirmək. 2015-ci ildə bir qrup tələbə universitet binasının istiləşmə və soyutma xərclərini 10-30% azalda bilən ilk tamamilə şəffaf günəş pəncərəsini patentləşdirmişdi.

Tədris

Populyar ixtisaslar:

  • Business
  • Supply Chain Management
  • Mental health
  • Behavioral neuroscience
  • Psychopharmacology
  • Environmental science

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 20,760$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Мagistratura:

  • Təhsil haqqı: 25,000$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.5
  • TOEFL 80

Magistratura:

  • IELTS 7.0
  • TOEFL 86

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

Western Washington University, High Street, Washington, USA

Western, ABŞ və Kanada sərhədindəki olan Bellingham şəhərində yerləşir. Öz dəniz limanına sahib olan bu şəhər Cascade Dağlarına gözəl mənzərə verir. Universitetin kampusu təxminən 90 hektar ərazini əhatə edir. Buradan həmçin, körfəzin və məşhur San Juan adalarının nəfəs kəsən mənzərələrindən zövq ala bilərsiniz.

Məzunlar

Western Washington University proqramları üzrə təhsil almış ən məşhur məzunları ilə tanış olun:

  • Məzun: Julie Larson-Green. Vəzifəsi: Microsoft-un Office Təcrübə Təşkilatının keçmiş müşaviri.
  • Məzun: Ralph Munro. Vəzifəsi: Vaşinqtonun keçmiş dövlət katibi.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın