Yüklənir...

shape shape shape shape

TOP 10 ən prestijli peşə!

TOP 10 ən prestijli peşə!

Gələcək peşə seçimində adətən sabitlik, karyera perspektivləri, daimi tələbat kimi nüanslara diqqət yetiririk və bununla da peşənin sosial statusu və gəlirini müəyyənləşdirik. Odur ki, gəlin sizi TOP-10 ən prestijli peşə ilə tanış edək:

  • Proqramçılar, IT-texnologiya mütəxəssisləri. → Hazırda bu sahə mütəxəssislərinə tələbat olduqca yüksəkdir, onların əməyi işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir. Dünyada IT texnologiyalarının sürətli inkişafı növbəti illərdə sözügədən peşəyə tələbatı artırır.

  • Sahibkar / biznesmenlər. → Kommersiya bacarıqları ilə özəl biznes bir araya gəldikdə bu yüksək gəlirli nəticələrə gətirir. Sahibkar olmağın daha bir üstünlüyü işəgötürən tərəfindən asılı olmamaqdır.

  • Top-menecer → Şirkətin siması eləcə də, aparıcı şəxsdir, bu isə özlüyündə artıq bir prestij sayılır və bu göstəricilərə uyğun olaraq da qiymətləndirilir. Öz sahəsində peşəkar olmaqla və spesifik biliklərlə yanaşı, top-menecer kreativlik, çevik düşüncə və yüksək analitika qabiliyyətinə malik olmalıdır, daim özünü inkişaf etdirməlidir. Şirkətin fəaliyyət dövründə top-menecerdən müxtəlif bacarıqlar tələb olunur: start-up mərhələsində o özünü parlaq lider və uğurlu sahibkar kimi, inkişaf dövründə uzaqgörən strateq; böhran zamanı isə  — təcrübəli bir rəhbər kimi göstərməlidir.

  •  Hüquqşünaslar, vəkillər. → Vətəndaş mövcüd olduqca, hər bir cəmiyyətdə hüquqşünaslara tələbat yüksək olacaq. Bütün dövrlərdə ən tələbatlı və yüksək maaşlı hüquqşünaslar, mülki işlər üzrə məşğul olmuşdur.

  •  Həkimlər. → Bu peşə bütün dünyada ən nəcib və nüfuzlu peşələrdən hesab olunur və bu sahəyə tələbat daima yüksək olacaq.

  •  Pilotlar və astronavtlar.  → Sözügedən peşələr prestijli olduğu qədər, yüksək maaşlıdırlar.

  •  Yaradıcılıq (dizaynerlər, artistlər) → Nüfuz və tanınma cəhətdən çox prestijli və çox yönlü bir sahədir. Bu peşə uğur istedad və ambisiyalardan asılıdır. Hesab olunur ki, yaradıcılıq sahəsində insan həyatının ilk hissəsini öz adı üçün çalışır, daha sonra isə bu ad ona xidmət göstərir.

  •   Mühəndislər → Bu nüfuzlu peşəyə olan maraq sənayenin inkişafı zamanı daha da artır və beləliklə əmək bazarında sözügedən mütəxəssislərə tələbat artır.

  •  Bankirlər. → Maliyyə ilə əlaqədar olan bütün peşələr özlüyündə artıq prestijlidir. Və bankir adı hər dövrdə prestijli hesab olunub. Burada hər şey bankın həcmindən, tutduğunuz vəzifədən, bölgədən və s. detallardan asılıdır. Son zamanlar dövlət banklarında işləmək özəllərə nisbətən daha prestijli hesab olunur.

  • İqtisadçılar. → Bu peşənin də nüfuzu insanın çalışdığı iş yeri, tutduğu vəzifə və bölgədən asılıdır. Amma şübhəsiz ki, bu peşə hər hansı bir sosial quruluşda, hər bir xalq təsərrüfatı sahəsində universal və tələbatlı hesab olunur.

Peşə seçimində mütləq şəkildə bu sahənin sizin bilik və bacarıqlarınızla üst-üstə düşməsi və sizə mənəvi rahatlıq verməsi faktını nəzərə alın!

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın