Yüklənir...

shape shape shape shape

Shebbear College

Shebbear College

Bu Qurum Haqqında

Shebbear College

Bu, Devon qraflığının 34 hektar ərazini əhatə edən qarışıq tədris növü olan məktəb-pansiondur. Bu unikal məktəb öz yetirmələri üçün təhlükəsiz və səmərəli təhsil mühitini yaradır.

Tədris

Yaş: 3-18

Proqramlar: A-level,  birillik A-level, GCSE,birillik  GCSE, məktəb-pansionda oxumaq üçün hazırlıq, yay kursları

Yerləşmə: Shebbear, B.Britaniya

Təhsil haqqı: semestrlik £9330

Məktəb haqqında

Burada uşaqlar olduğu kimi qiymətləndirirlər və gələcəkdə onlara mütləq faydalı olacağını öyrədirlər. Son sosioloji araşdırmanın nəticələrinə görə, Shebbear kəndi İngiltərədə yaşamaq üçün ən yaxşı yerlər arasında altıncı yerdədir.

Kollec 1841-ci ildə yaradılmışdır. Kollecin qapıları bütün dinlərin və mədəniyyətlərin nümayəndələri üçün açıqdır. Burada hər bir şagirdin öz potensialını ortaya çıxartması üçün müəllimlər əllərindən gələni edirlər.

Tədris planında qoyulmuş əsas məqsəd şagirdlərdə canlı, aktiv zəkanı inkişaf etdirməkdir, buna görə də GCSE və A-level proqramları çərçivəsində fənlərin seçimi kifayət qədər genişdir. Təhsil yaxşı təchiz olunmuş otaqlarda kiçik siniflərdə keçirilir. Hər bir şagird öz arzularını həyata keçirmək üçün bütün lazımi stimulları və dəstəyi alır. 2011-ci ildə şagirdlərin 97% - i A-level imtahanlarını müvəffəqiyyətlə veriblər. Məktəb riyaziyyat, təbiət elmləri, incəsənət və idman kimi mövzularda xüsusilə güclüdür. Məzunlarının 95% - i universitetlərə daxil olur.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın