Yüklənir...

shape shape shape shape

Kollec və universitet arasındakı fərq nədir?

Kollec və universitet arasındakı fərq nədir?

Xaricdə təhsil seçimlərinə nəzər salsanız sırasıyla universitet və ya kollec olaraq adlandırılan qurumlara rast gələcəksiniz. Onlar arasındakı fərqlə əlaqədar fikirləriniz bir az qarışa bilər. Bu, təhsil almaq istədiyiniz ölkədən, xüsusən də Böyük Britaniya ilə ABŞ arasındakı tədris fərqlərindən asılı ola bilər. Bu tip qurumlar arasındakı fərqlərin nə olduğunu bizimlə birlikdə kəşf etmək istəyərsiniz? Elə isə gəlin bu fərqlərlə birlikdə tanış olaq.

 

Böyük Britaniyada kollec və universitet arasındakı fərq nədir?

 

Beynəlxalq tələbə olarkən, ilk növbədə təhsil almaq istədiyiniz ölkədəki təhsil sistemini başa düşmək lazımdır. Bir çox ölkədə olduğu kimi, Böyük Britaniya təhsil sistemində də orta və ali təhsil arasında açıq bir fərq var. Universitet və kolleclərin ayrıldığı nöqtə məhz budur. Bir kollec Böyük Britaniyadakı bir universitetlə eyni deyil. Əsas fərq hər birinin təklif etdiyi təhsilin səviyyəsində və quruluşundadır.

 

  • Kolleclər ilk növbədə əlavə təhsil, praktiki bacarıq və ixtisas proqramlarına yönəldilmişdir.

  • Universitetlər isə akademik və peşə dərəcələri almaq üçün nəzərdə tutulmuşdur

  • Kolleclər universitetlərə ​​xas baza dərəcələri təklif edə bilər.

  • Kolleclər daha çox peşə dərəcələri verir və ümumiyyətlə universitetlərdən daha kiçik qurumlardır.

  • Universitetlərdə təklif olunan kurs və proqramların sayı kolleclərdən daha çoxdur.

  • Kolleclər universitetlərə nisbətən daha az təhsil haqqı tələb edirlər.

 

Qeyd edək ki, bəzən universitet kontekstində də "kollec" ifadəsi ilə qarşılaşırıq. Burada isə bu ifadə “şöbə” ilə eyni mənanı kəsb edir. Məsələn, the College of Law - Hüquq Fakültəsi kimi tərcümə olunur.

 

ABŞ təhsilində kollec və universitetlər arasındakı fərq.

 

ABŞ-da universitet və kolleci bir-birindən ayıran fərqin izahı bir az daha çətin ola bilər. Bunu xüsusilə çətinləşdirən amil , amerikan ingilis dilində və frazeologiyasında insanlar universitetdə oxuduqlarını ifadə etdikdə "kollecdə oxuyuram" deyə açıqlamasıdır. Buna görə terminin danışıq dilində istifadəsi ilə bir qurumun həqiqi təyinatını ayırmaq vacibdir. Bir qurumun kollec və ya universitet olaraq təsnif edilməsini müəyyənləşdirən amillər:

 

  • Kolleclər ümumiyyətlə daha kiçik qurumlardır, lakin fakt deyil

  • ABŞ-dakı Liberal sənət kollecləri tələbələrə elmlər daxil olmaqla geniş bir sıra akademik fənlər təklif edir. Liberal sənət kollecləri ABŞ-a xasdır.

  • Universitetlər daha çox magistr seçimləri təklif edərkən, kolleclər daha çox bakalavr təhsilinə fokuslana bilər.

  • ABŞ-da həm dövlət, həm də özəl universitetlər mövcuddur. Birincisi əsasən hökumət tərəfindən maliyyələşdirilir, ikincisi isə özəl investisiyalar əsasında fəaliyyət göstərir.

  • Universitetlər ümumiyyətlə üç illik əyani dərəcələrə və daha yüksək dərəcələrə diqqət yetirərkən, kolleclər daha qısa müddətli ixtisaslar təklif edir.

  • ABŞ-da tələbələrə məzun olduqdan sonra tam universitet dərəcəsi almaq imkanı qazandıran çox sayda iki illik kolleclər mövcuddur.

  • ABŞ əhalisi əsasən bakalavr təhsilini üçün kollec, magistr təhsilini isə universitet təhsili adlandırırlar.

 

Unutmayın ki, kollec təhsili universitet təhsilindən daha aşağı deyil. Sadəcə hər ikisi tələb olunan akademik standartlara cavab verməlidir və lazımi akkreditasiyaya sahib olmalıdır. Daha bir kollecə və ya universitetə ​​getmək, sonrakı mərhələdə digərinə getməyinizə mane olmur.

 

Community college yəni icma kolleci nədir?

 

ABŞ-da rastlaşacağınız ən ümumi qurumlardan biri də icma kollecləridir. Bunlar, ilk növbədə, yerli cəmiyyətə xidmət etmək üçün yaradılan ali təhsil müəssisələridir. İcma kollecləri ümumiyyətlə qısa müddətdə, iki il ərzində ixtisas təhsilinə diqqət yetirirlər. Məqsəd, tələbələri işə qəbul olmağa və ya dörd illik bir universitet dərəcəsinə keçməyə hazırlamaqdır. İcma kolleclərinin, tələbə sayı və kampus ölçüsü baxımından da universitetlərdən daha kiçik olduğunu da görə bilərsiniz. 

 

Ivy League universitetləri hansılardır?

 

ABŞ-da təhsil almaq üçün araşdırma apararkən və ya sadəcə bir televiziya şousuna, seriallara baxarkən Ivy League universitetləri ifadəsini çox eşidirsiniz. Yəqin ki, onların nə olduğunu düşünürsünüz? Ivy League universitetləri, ABŞ-da çox hörmətli və prestijli sayılan bir qurumdur. Çox zaman tələbələr üçün sərt giriş tələbləri ilə seçilirlər və yüksək keyfiyyətli məzunlar yetişdirmələri ilə tanınırlar. Ivy League universitetlərindən beşi, QS World University Rankings 2021-ə görə qlobal səviyyədə ilk 20-likdədir.

Ümid edirik ki, kollec və universitetlər arasındakı fərqlərlə bağlı qarışıqlığı sizin üçün aradan qaldıra bildik. Elə isə xaricdə təhsil macəranıza başlamaq üçün nəyi gözləyirsiniz?!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın