Yüklənir...

shape shape shape shape

Kanadada universitet oxumaq üçün 5 səbəb

Kanadada universitet oxumaq üçün 5 səbəb

Kanadada universitet oxumaq barədə heç düşünmüsünüzmü? Avropa və Amerikadakı çox universitetdən daha ucuz təhsil verən Kanada son illərdə beynəlxalq tələblərin sevimlisinə çevrilib. Təhsil keyfiyyəti və institut sıralamaları ilə yanaşı Kanadanı iş üçün mükəmməl bir yer edən çox səbəb var. Bu məqalə Kanadanı beynəlxalq tələbələr üçün dünyanın ən yaxşı ölkələrindən biri edən amilləri sadalayacaq. Əvəzsiz sosial həyatı, inkişaf etmiş həyat və keyfiyyətli universitetləri ilə Kanadada oxumaq üçün bəzi səbəblər bunlardır:

1. İki dilli bir mühitdə yaşayın

Kanada iki dilli bir ölkədir, bu isə o deməkdir ki, burada işləmək dil bacarıqlarınızı inkişaf etdirmək və maraqlı bir karyerə gözləntilərinizi artırmaq üçün mükəmməl bir fürsətdir. Fransız və ingilis dili kursları Kanadanın mədəni və ictimai həyatını zənginləşdirən təhsil sisteminin ayrılmaz bir hissəsidir.

2. Dünya standartlarında bir təhsildən yararlanın

Kanada universitet diplomları dünya səviyyəsində tanınır. Kanada təhsil sistemi elmlərarası işləri və köçürülə bilən bacarıqların (məsələn, tənqidi düşüncə, komanda işi və ünsiyyət) inkişaf etdirilməsini təşviq edir və ən son texnologiya və rəqəmsal mediyadan istifadə edir.

Times Higher Education Dünya Universitetləri Sıralamasında Kanadanın beş universiteti ən yaxşı universitetlər arasında 2018-də ilk 100-lükdə yer tutub.

3. Məzun olduqdan sonra Kanadada iş təcrübəsi qazanın

Kanada höküməti Kanadadakı təhsildən sonra universitetdən diplom almış və iş təcrübəsi qazanmaq istəyən tələbələrə iş proqramı təklif edir. Bu, peşəkar bacarıqlarınızı müxtəlifləşdirib inkişaf etdirməklə yanaşı Kanadada yaşamağa davam etməyin mükəmməl bir yoludur.

4. Mükəmməl həyat keyfiyyətindən zövq qalın

QS Dünya Universitetləri Sıralamasına görə Kanadanın üç şəhəri Toronto, Montreal və Vankuver tələbələr üçün ən yaxşı ilk 50 şəhər arasına daxil olub. Sıralama münasib qiymət, tələbələrin müxtəlifliyi və işəgötürənlərin əmək bazarındakı məzunları işə götürməsi daxil olmaqla müxtəlif kriteriyalara əsaslanır.

Kanadada ABŞ, Fransa və İngiltərə kimi ölkələrlə müqayisədə daha aşağı həyat xərcləri (məsələn, yaşayış, nəqliyyat, təhsil haqqı) olduğuna görə həsəd aparılası bir həyat keyfiyyətinə malikdir.

5. Ölkənin təbii gözəlliyini kəşf edin

Kanada kifayət qədər böyük bir ölkədir: Ərazisi Fransanın ərazisindən 14 dəfə böyükdür. Ölkənin dörd fərqli mövsümü ərzində kəşf edə biləcəyiniz çox sayda möhtəşəm mənzərəsi mövcuddur. Görülməli ən gözəl yerlərindən bir neçəsi bunlardır: Prins Eduard adasının çirklənməmiş çimərlikləri, Saqeneyin valehedici fyordları və Kvebekdəki Qaspe yarımadasının Perse qayası, Albertadakı valehedici Rokis dağları və Luiz gölü, Ontariodakı Niaqara şəlaləsi. Qısası, dənizdən dağlarına, otlaqlarına və meşələrinə qədər Kanada sonsuz bir gözəllik mənbəyidir.

Beynəlxalq bir tələbə kimi ali təhsil üçün gediləsi bir ölkə seçmək böyük bir qərardır. Sadəcə universitetlərin və təhsil proqramlarının keyfiyyətini yox, eyni zamanda ölkənin məzuniyyətdən sonra qalmaq və işləmək üçün təqdim etdiyi fürsətləri də dəyərləndirməlisiniz. Kanadanın keyfiyyətli təhsil sistemi, ölkənin təqdim etdiyi miqrasiya metodları ilə birləşərək onu beynəlxalq tələbələr üçün ən yaxşı təhsil məkanlarından birinə çevirir.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın