Yüklənir...

shape shape shape shape

İngiltərədə Memarlıqa aparan yol!

İngiltərədə Memarlıqa aparan yol!

İngiltərədə Memarlıq dərəcəsinə necə çatmaq olar?

Step 1. Britaniya universitlərinə hazırlıq (foundation) proqramı. Əcnəbi tələbələr Britaniya məktəblilərinə yetişmək üçün 9-12 ay müddətində hazırlıq proqramları keçir. Təlimin sonunda tələbələr imtahan verərək memarlıq məktəbinə daxil olmaq üçün portfolio hazırlayırlar.

Step 2. Bakalavr dərəcəsi. Britaniya universitetlərində bakalvr 3, Şotlandiyada isə 4 ildavam edir. Memarlıq fakültəsi üzrə siz növbəti universitetlər arasında seçim edə bilərsiz: UCL, Newcastle University, Queen’s University Belfast, University of Sheffield. Memarlıq fakültəsinə qəbul alanlar avtomatik olaraq RIBA tələbə təşkilatının üzvünə çevrilirlər. Royal Institute of British architects (RIBA) – özündə 44000 ixtisaslaşmış mütəxəssis birləşdirən bir təşkilatdır. Hər bir memarlıq müəssisəsi akkreditasiya almaq üçün hər 4 ildən bir RIBA komissiyası tərəfindən yoxlanılır.

Step 3. Magistr dərəcəsi. Təhsil müddəti 2 il təşkil edir.

Step 4. Böyük Britaniya və ya Avrozona ölkələrinin memarlıq bürolarının birində ikiillik zəruri təcrübə.

Step 5. Yekun (final) ixtisas imtahanları.

Memarlıq yoxlamarının bütün etaplarından keçmiş tələbələr artıq ARB təşkilatından memar olaraq qeydiyyatdan keçə bilərlər. Beləliklə, 8-9 il təhsil və təcrübə nəticəsində siz, Memarlıq sahəsində beynəlxalq səviyyəli mütəxəssis ola bilər və nəticədə ildə 35-50 min funt gəlir əldə edən bir peşakara çevriləcəksiniz! 

 

Sən də Böyük Britaniya təcrübəsi qazanmış bir memar olmaq arzusundasan? Görüş təyin edərək ödənişsiz konsultasiya əldə et, bütün suallarını cavablandıraq.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135.

Əlaqə: +994 50 512 28 28

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın