Yüklənir...

shape shape shape shape

İngiltərə universitet seçimində nəyə diqqət yetirməli

İngiltərə universitet seçimində nəyə diqqət yetirməli

İngiltərədə oxumaq istəyirsiniz? Bir sıra tələbənin xəyallarından biri olan xarici təhsildə ən çox üstünlük verilən ölkələrdən biri olan İngiltərə universitet müraciəti prosesində diqqət yetirməli olduğunuz vacib məqamlar var. 

İngiltərədə universitet oxuyarkən qarşınıza çıxa biləcək iş seçimləri kifayət qədər çoxdur. Məsələn, hələ peşə fəaliyyətinə icazə verən diplomunuzu almamış iş həyatınıza asanlıqla başlaya bilərsiniz. Oxuyarkən həm də işləyərək İngiltərədə ən gözəl vaxtlarınızı keçirə bilərsiniz.

Olduğunuz ölkədə İngiltərə ilə müqaviləsi olan təhsil müəssisələrini araşdırın.

Hazırda xaricdə təhsilin seçilməsi çox populyarlaşdığı üçün əksər müəssisə İngiltərə ilə saziş bağlamış vəziyyətdədir. Bu səbəbdən də bu təhsil müəssisələrindəki xarici təhsil məsləhətçilərinə müraciət etməyiniz sizə kömək edə bilər və fakültə seçimi kimi seçimləri asanlaşdıra bilər.

Haraya gedəcəyinizə qərar verin. Düzdə qalmayın.

İngiltərədə təhsil alacağınız yerlərin dəqiq yerini mütləq öyrənin. Şəhərləşmənin geniş yayıldığı yerləri seçməlisiniz ki, sonradan London metrosu əvəzinə yaylaqlarda atlarla səyahət etməli olmayasınız.

Ən yaxşı universitetləri nəzərdə tutun! 

Seçim siyahısı yaradarkən kateqoriya siyahısı hazırlamaq çox vacibdir. Bu siyahını hazırlayarkən universitetin xalına əlavə olaraq tələbə/erasmus səhifələrinə də nəzər yetirin. Bu səhifələrdən əlavə əlaqə qura biləcəyiniz köhnə yaxud da cari tələbələri varsa, onlarla əlaqə yarada bilərsiniz. Ən doğru məlumat həmişə universitetin tələbələrində olur, bunu heç vaxt unutmayın.

Büdcə planlaşdırmanızı mütləq aparın. 

İngiltəyə getməzdən əvvəl ağlınıza gələ bilən bütün xərcləri ən kiçik təfərrüatlarına qədər araşdırmalısınız. Həmçinin özünüzə əlavə xərcləməli ola biləcəyiniz bir büdcə təyin edin. Hər zaman ayağı yorğana görə uzatmaq faydalı olar.

Yaşayış yerinizin təhlükəsizliyini araşdırın.

Yaşayış yeriniz ən çox vaxt keçirəyiniz yer olacaq. Burada sakit və təhlükəsiz hiss etməyiniz çox vacibdir. Həmçinin universitetinizdən də qalacağınız yer barədə məsləhət ala bilər, müzakirə edə bilərsiniz. Həmçinin universitetlərin saytlarında yaşayış yerləri haqqında tövsiyələr də ola bilir. Seçdiyiniz universitetin saytında da yaşayış yerləri tövsiyələrinə nəzər sala bilərsiniz.

Universitetinizin fərdi tələbatlarınızı qarşıladığına əmin olun.

Universitet həyatı hər bir tələbənin xəyalındadır. Olduğunuz universitetin tədbirləri, kampusu sizin gözləntilərinizi qarşılaya bilər? Sosial münasibətlər sizin bir tələbə kimi ən böyük ehtiyacınızdır! Ingiltərədə universitet oxuyarkən keçirə biləciyiniz vaxtınızı ən yaxşı şəkildə sərf edin!

Hansı mövzuya aid bir təhsil istəyirsinizsə, ona uyğun yol xəritəsi hazırlayın.

İngiltərədə universitetlərin təqdim etdiyi təhsil seçimləri genişdir. Mövzu əsasında fəxri proqramlar, şərikli bir fəxri proqram, ikinci bir əsas/əlavə ixtisas proqramları mövcuddur. Bu səbəbdən də sizin üçün ən yaxşısı olduğunu düşündüyünüz proqramı seçməyiniz yaxşı olardı. Bu məsələdə ciddi araşdırma aparmalı və dəfələrlə düşünüb düzgün qərar verməli ola bilərsiniz.

İngiltərədəki universitetin əsl xərclərini unutmayın.

Əgər İngiltərə universitetinə təqaüd almaq hüququ əldə etmisinizsə, yaxud da hansısa maliyyə dəstəyindən söhbət gedirsə, bu məsələnin mənfi nəticələnə biləcəyini də unutmayın. Bu halda universitetin əsl xərclərini ödəməli ola bilərsiniz. Bunu bilərək iş görməyiniz sizin üçün daha yaxşı olar.

Universitetinizin hansı imtahanları istədiyini araşdırın. 

İngiltərədə magist proqramlarında oxumaq üçün A Level, yaxud da IB diplomuna malik olmağınız lazım gələ bilər. Həmçinin IELTS imtahanı da müraciətin digər bir şərti ola bilər. Bu halda tələb olunan sənədlər üçün universitetinizlə əlaqə saxlamalı olacaqsınız.

İngiltərədə oxumaq həm ölkənizdə, həm də xaricdə ilk peşəkar addımlarınızı atarkən sizi önə çıxaracaq məqamlardan biridir. Məlumatlı bir seçim etməklə həm universitet həyatınızda uğurlu ola bilərsiniz, həm də gözəl təcrübələr qazana bilərsiniz. Əlbəttə, bütün xırdalıqları araşdırın və araşdırmamış iş görməyin.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın