Yüklənir...

shape shape shape shape

İngiltərə təhsil vizasını almaq çətindir?

İngiltərə təhsil vizasını almaq çətindir?

Birləşmiş Krallıqda bir universitetdə ali təhsil almağı planlaşdıran bir tələbəsinizsə, tələbə vizası üçün müraciət etməlisiniz. Tələbə vizasına müraciət etmək çox tələbə üçün bir az qorxuducu ola bilər. Heç kim İngiltərə tələbə vizası üçün böyük əziyyət çəkdikdən sonra ətraflı müraciət edərək sonra rədd cavabı alaraq zəhmətinin hədər getməsini istəməz. İngiltərə tələbə vizasının çətin olub-olmadığını və viza müraciətinizin rədd edilməsinin qarşısını necə alacağınızı bilmək istəyirsinizsə, biz sizə kömək edə bilərik. Tələbə vizanızın qəbul ediləcəyinə əmin olmaq üçün aşağıdakı tövsiyələrə əməl edin.

Tövsiyə 1 - Viza üçün kifayət qədər erkən müraciət edin

Yay aylarında İngiltərə tələbə vizasına müraciət etməyi planlaşdırırsınızsa, bunun ilin ən məşğul vaxtlarından biri olduğunu bilməlisiniz. Tələbə vizası müraciətinin emal edilməsinin müəyyən vaxt çəkəcəyini unutmayın.

Tövsiyə 2 - Hesabınızda kifayət qədər məbləğ olsun

İngiltərə tələbə vizalarının rədd edilməsinin ən vacib səbəblərindən biri hesabdakı məbləğin kifayət qədər olmamasıdır. Bütün müraciətçilər bank hesabı çıxarışarını və ya valideynlərinin, yaxud qəyyumlarının bank hesabı çıxarışlarını paylaşmalıdır. Bank hesabında viza haqqını, təhsil haqqını və yaşayış xərclərini ödəyəcək qədər vəsait olması vacibdir.

Nə qədər pula ehtiyacınız olması harada oxumağınızdan asılıdır. Ümumi bir rəqəm kimi demək olar ki, Londondakı kurslar üçün ayda 1334 funt sterlinq, Londondan kənardakı kurslar üçün ayda 1023 funt sterlinq məbləğə ehtiyacınız olacaq. Bir akademik il, yəni 9 ay ərzində kifayət edəsi qədər pulunuz olmasına əmin olmaq çox vacibdir.

Həmçinin bu məbləğin müraciətinizin təqdim edilməsindən əvvəlki 31 gündən başlayayaraq fasiləsiz olaraq ən azı 28 gün hesabınızda olmasına əmin olmalısınız. Tələbə krediti və ya maliyyə sponsorluğu almadığınıza görə bu müddət məcburidir. Aldığınız halda isə kredit və ya sponsorluq şirkətindən sənədlər lazım olacaq.

Tövsiyə 3 - Müsahibələrinizi tamamlayın

Müsahibələr İngiltərə vizasının rədd edilməsinin qarşısını almaq üçün viza prosesinin əhəmiyyətli bir hissəsidir. Çox insan İngiltərəyə təhsil adı ilə gəlir və bunun əvəzinə universitetdə qeydiyyatdan keçmirlər və dərslərdə iştirak etmirlər. Bu səbəbdən də İngiltərəyə işçi yox, əsl tələbə kimi gəldiyinizə əmin olmaq üçün müsahibələr aparırlar.

Bu, çox güman ki, sizinlə qəbul təmsilçisi arasında 20-30 dəqiqəlik bir görüş olacaq. Görüş şəxsi və maliyyə tarixçəniz, iş və işdən sonrakı planlarınız, miqrasiya tarixçəniz, təhsil tarixçəniz və s. ilə bağlı sualları əhatə edə bilər. Bu müsahibəni tamamlamaq üçün bütün bu sualların cavablarını nəzərdən keçirdiyinizə və İngiltərəni və müəyyən bir universiteti ali təhsil səbəbilə seçməyinizin səbəblərini diqqət mərkəzində saxladığınıza əmin olun.

Faydalı tövsiyələr arasında ümumi cavablar əvəzinə konkret məlumatları istifadə etmək, viza və tələbə məsuliyyətlərinizi bilmək və təhsil və kurs proqramınız haqqında məlumatlı olmağı qeyd etmək olar. Həmçinin, Birləşmiş Krallıqda qaldığınız müddətdə dolanışığınızı necə təmin edəcəyinizi izah etməli olacaqsınız, buna görə də bütün maliyyə məlumatlarınızı əvvəlcədən nəzərdən keçirməlisiniz.

Müsahibəni uğurla keçməyin sirri müraciət formasını anlamağınızdadır. Bütün məlumatları əlavə etdiyinizə və bütün sualları etibarlı və düzgün şəkildə cavabladığınıza əmin olmalısınız.

Tövsiyə 4 - Sənəd yoxlama siyahısı tutun

İngiltərə vizasının rədd edilməsinin qarşısını almaq üçün lazımi bütün sənədlərin təqdim edildiyinə əmin olmaq lazımdır. Burada ehtiyacınız olacaq sənədlər bunlardır:

 

  • Pasport və digər səyahət sənədləri
  • Təhsilə Qəbulun Təsdiqi (CAS)
  • Maliyyə sənədləri və gəlirin sübutu
  • ATAS sertifikatı (lazım gələrsə)
  • Valideyn və ya qəyyumun razılığı (18 yaşından aşağı şəxslər üçün)
  • Valideyn və ya rəsmi qəyyumla münasibətin sübutu (18 yaşından aşağı şəxslər üçün)
  • Vərəm testinin nəticələri
  • Maliyyə sponsorundan təsdiq məktubu (varsa)
  • İngilis dili bacarıq sənədləri

Müraciətinizi göndərməzdən əvvəl bu siyahını nəzərdən keçirin və bütün sənədlərinizin ingiliscəyə çevrildiyinə əmin olun.

Tövsiyə 5 - İngilis dili bacarıqlarınızı sübut edin

İngiltərə tələbə vizasının rədd edilməsinin qarşısını almaq üçün müəssisənizin və ya ixtisasınızın tələblərinə əsasən ingilis dili bacarıqlarınızı sübut etməlisiniz. Bu o deməkdir ki, Dillər üçün Ümumi Avropa İstinad Qaydalarına əsasən təyin olunan ingilis dilində oxuma, danışma və yazma bacarığınızı göstərməlisiniz. Bunu etməyin isə yolu tanınan ingiliscə dil imtahanını verib nəticələrinizi göndərməkdir.

Ümid edirik, bu bloqdakı məlumatların İngiltərə tələbə vizasının çətinliyi və nələrə diqqət etməklə rədd edilmək ehtimalını azalda biləcəyinizlə bağlı bütün narahatlıqlarınızın azalmasına kömək edər.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın