Yüklənir...

shape shape shape shape

Dövlət Proqramı ilə Böyük Britaniyada Təhsil!

Dövlət Proqramı ilə Böyük Britaniyada Təhsil!

Biz sizə Dövlət proqramına daxil olan Böyük Britaniya universitetləri ilə bağlı yardımçı olmaqdan məmnunuq. Böyük Britaniya universitetlərinin rəsmi partnyorları olduğumuz üçün sizə universitetlərə dair ətraflı konsultasiya təqdim edə bilərik.

Qəbul Prosesi

İlk növbədə, dünyanın TOP 500-ə daxil olan universitetlərdən qəbul almaq vacibdir. 2024-cü il üçün universitetlərin və ixtisasların siyahısını burada tapa bilərsiniz: 

http://dp.edu.az/uploads/fileuploads/2023/11/0599d1ea0c724fb7999659e43658329f.pdf

Bakalavr Pilləsinə Qəbul Üçün Tələb Olunan Sənədlər:

  • Attestat: 11 illik tam təhsil sənədiniz.
  • Əlavə Təhsil: 1-2 il əlavə təhsil (Foundation proqramı olmadan) və ya A-level/İB diplomu (bu diplomlar universitetə qəbulda üstünlük yaradır).
  • İELTS: Minimum 6.5 bal.
  • Niyyət Məktubu: Personal statement.
  • Tövsiyyə Məktubu: Recommendation letter.

Magistr Pilləsinə Qəbul Üçün Tələb Olunan Sənədlər:

  • Bakalavr Transcripti: Ortalama bal 85%-dən yuxarı olmalıdır.
  • İELTS: Minimum 7.0 bal.
  • CV: Qısa məlumat və iş təcrübənizi əks etdirən sənəd.
  • 2 ədəd Tövsiyyə Məktubu: İki fərqli müəllim və ya iş verəndən alınan tövsiyyə məktubu.
  • Niyyət Məktubu: Personal statement.

Qeyd olunan sənədlərlə universitetlərdən qəbul aldıqdan sonra Dövlət proqramına müraciət edə bilərsiniz. Dövlət proqramının seçim məyarlarına burada baxa bilərsiniz:

http://dp.edu.az/az/content/66

Müraciət Dəstəyi

Biz sizə universitetlərə müraciət, viza və yataqxana işləmlərində ödənişsiz şəkildə yardımçı ola bilərik. Qeyd edək ki, 2025-2026 tədris ili üçün müraciətlər artıq açıqdır. Yanvar ayının 15-nə qədər müraciət etməyinizi tövsiyə edirik.

Hər hansı bir sualınız olarsa, çəkinmədən bizimlə əlaqə saxlaya bilərsiniz.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın