Yüklənir...

shape shape shape shape

Böyük Britaniyada tibb oxumaq istəyənlərin nəzərinə! - SEMİNAR

27 May 2021

Tədbir Tarixi

14:00

Tədbirin Başlama Vaxtı

15:00

Tədbirin Bitmə Vaxtı
Böyük Britaniyada tibb oxumaq istəyənlərin nəzərinə! - SEMİNAR

Məktəblilər və övladlarının Tibb sahəsində uğur qazanacağını düşünən valideynlər!

 

İngiltərənin qabaqcıl universitetləri ilə əməkdaşlıq edən Kings Education, gələcəyini Tibb sahəsi üzrə qurmaq istəyən məktəblilər və onların valideynləri üçün çox faydalı olacaq “Kings Medical Foundation Workshop” seminarını təşkil edir!

 

Rəqabətin yüksək olduğu Tibb sahəsi, güclü və ixtisaslaşmış kadrlara hər zaman ehtiyac duymaqdadır. Və Kings, bu yolda öz sözünü artıq demişdir! Belə ki, yetişdirdiyi tələbələr TOP 20 UK və TOP 100 US universitetlərində təhsil almaqdadırlar. Tibb sahəsinə gedən yolda peşəkar hazırlıq zəruridir. Əgər Siz də artıq qərarınızı vermisinizsə, o zaman bu sahənin tələb etdiyi hazırlıq prosesi haqqında geniş məlumat almaq üçün sözügedən seminarı əsla qaçırmayın!

 

Görüş 27 May, 2021 tarixində baş tutacaqdır! Qatılmaq üçün Siz, iki saat arasında seçim edə bilərsiniz:

  • 27 May, 13:00 - 14:00

  • 27 May, 19:00 - 20:00

 

Seminar Microsoft Teams platforması üzərindən həyata keçiriləcək.

 

Qeyd edək ki, Kings Medical Foundation - Tibb universitetlərinə aparan bir illik hazırlıq proqramıdır. Əsas üstünlüyü UK universitetlərində Tibb oxumaq istəyən tələbələrin peşəkar hazırlaşdırılmasıdır.

 

  • Təhsil A-level proqramları üzərində əsaslanaraq, A-level müəllimləri tərəfindən tədris olunmaqdadır
  • Tələbələr biologiya, kimya və riyaziyyat fənnləri üzrə tədris alırlar (güclü tələbələrə Further Maths üzrə əlavə dərs götürməyə icazə verilir)
  • Britaniya universitetlərinin tələb etdiyi bilik və bacarıqları inkişaf etdirir

 

Kings beynəlxalq şagirdlərə 4 möhtəşəm kampusunda təhsil təklif edir:

  • Kings Bournemouth

  • Kings Brighton

  • Kings London

  • Kings Oxford

 

Dərslərin başlama tarixi: Sentyabr 2021

 

Minimum yaş həddi: 17

 

Kings məzunlarının:

  • 100%-i TOP 30 UK universitetlərindən qəbul alır
  • A-level şagirdlərinin 86%-i TOP 20 UK universitetlərindən qəbul alır
  • A-level və Foundation şagirdlərinin 87%-i TOP 30 UK universitetlərindən qəbul alır

 

Ən son nəticələrə əsasən, məzunların ən çox təklifi aldığı təkliflərin 80%-i TOP 30 universitetlərdəndir. Onların sırasında Imperial College London, Durham, Warwick, Manchester, Loughborough və Bath yer almaqdadır. Ən məşhur qəbullar: Bristol (38 offers), Lancaster (16 offers), Leeds (14 offers) və UCL (11 offers).

 

Daha çox məlumat almaq və öz yolunuzu seçmək üçün 27 May baş tutacaq seminarı qaçırmayın, əziz məktəblilər, analar və atalar! #AzeriStudent - xəyallarınızı Sizin üçün əlçatan edəcək!

 

Qatılmaq üçün qeydiyyat mütləqdir!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın