Yüklənir...

shape shape shape shape

Berlin, gözlə məni!

Berlin, gözlə məni!

Bəli, bəli Almaniyaya uçuşlar başladı! Bu isə o deməkdir ki, Almaniyada təhsil arzusunda olanlar artıq VISAya müraciət edə bilər! Odur ki, tələsin və Sentyabrdan arzuladığınız universitetə yola düşün!

İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həyata keçirməyə başlayacaq. Uçuşlar avqustun 28-dək həftədə bir dəfə - cümə günləri həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətindən verilən məlumata görə, həmin marşrut üzrə aviabilet satışı xüsusi şərtlərə riayət edilməklə həyata keçiriləcək. Bakı-Berlin reysi ilə Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququ olan sərnişinlər (tələbələr daxil olmaqla), habelə Avropa İttifaqı ölkələrinin vətəndaşları daşınacaq. Berlin-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr ekonom sinif üzrə aviabilet alışı zamanı 30% həcmində güzəştdən yararlana biləcəklər.

 

Bizimlə məsləhətləşin. Azeri Student komandasının mütəxəssisləri sizə doğru təhsil müəssisəsi və proqram seçimindən başlayaraq sənədləşmə, vizaya müraciət və qəbul məktubuna qədər hər bir etapdan uğurla keçməyə kömək edəcəkdir.

Görüş təyin edərək ödənişsiz konsultasiya əldə et, bütün suallarını cavablandıraq.

 

Ünvanlar:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın