Yüklənir...

shape shape shape shape

Avropanın 18-ci ən yaxşı universitetinə ZƏMANƏTLİ qəbul! - Nümayəndə ilə GÖRÜŞ

19 April 2021

Tədbir Tarixi

18:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Avropanın 18-ci ən yaxşı universitetinə ZƏMANƏTLİ qəbul! - Nümayəndə ilə GÖRÜŞ

Əgər Siz də təhsilinizi xarici universitetlərdən birində almağı özünüzə məqsəd bilmisinizsə, Niderland və ya Hollandiya düzgün seçimdir! Ölkə, xaricdə təhsil ilə maraqlanan əcnəbi tələbələr arasında ən məşhurlar sırasındadır.

 

Hollandiya digər qeyri ingilisdilli ölkələr arasında (1950-ci ildən), əcnəbi tələbələr üçün tərtib olunmuş ingilis dilində tədris proqramı təklif etmiş ölkələr siyahısında birinci yerdə dayanır. Təhsil müəssisəsindən asılı olmayaraq, ölkənin istənilən diplomu bütün dünyada yüksək qiymətləndirilir. Hollandiya universitetinə düşmək beynəlxalq əmək bazarında özünə şəffaf gələcək qurmaq deməkdir. Çünki ölkənin təhsil keyfiyyəti tək Avropada deyil, həm də Amerika və Kanada bazarında da geniş prestijə sahibdir. Ölkəyə əcnəbi tələbələri cəlb etmək dövlətin əsas maraqlarındandır, bu səbəbdən də təhsil daha əlçatan sayılır. Belə ki, İngiltərə və ABŞ-a nisbətdə, Hollandiya universitetləri əlçatan təhsil ödənişlərini qoruyub saxlamaqdadır: 9-19.000€ arası dəyişir.

 

İndi isə sizə Azeri Student şirkətinin uzun illərdir ki, əməkdaşlıq etdiyi və artıq yüzlərlə tələbəyə keyfiyyətli təhsil təmin etməkdə dəstək olduğu Avropanın öndəgedən təhsil müəssisələrindən biri haqqında danışmaq istərdik. University of Amsterdam!

 

Universitetin ilk özəlliyi onun Amsterdam, Avropanın “ürəyində” yerləşməsidir. The University of Amsterdam - saysız akademik proqramlar təklif edən Hollandiyanın ən böyük universiteti hesab olunur. Burada 30.000 tələbə, 6.000 işçi heyəti və 3,000 PhD namizədləri təhsil almaqda və işləməkdədir.

 

UvA - dünya reytinq sıralamalarında TOP-100-də, Avropa universitetləri arasında isə 18-ci yerdədir (Times Higher Education (THE) European University Rankings 2021).

 

Universitetin dünya reytinq sıralamalarında tutduğu yerlər:

  • US News Best Global Universities - #40
  • QS World University Rankings - #61
  • Times Higher Education World University Rankings: #66
  • Leiden Ranking: #79

 

Beynəlxalq kampaniya olan Cambridge Education Group, University of Amsterdam ilə birgə əməkdaşlıq nəticəsində, əcnəbi tələbələrə universitetin Bakalavr və Magistratura dərəcələrinə hazırlıq proqramları təklif edir:

  • Undergraduate Foundation Programme (UFP)

  • Master's Qualifying Programme (MQP)

 

Hazırlıq proqramları universitetin nəzdində fəaliyyət göstərən “The College of Economics and Business” daxilində tədris olunur. Economics and Business fakültəsinin əsası 1992-ci ildə qoyulmuş və bugün müxtəlif ölkələrdən 5000 üzəri tələbə qəbul etməkdədir. Proqramı uğurla başa vuran tələbələrin artıq UvA daxilində aşağıdakı Bakalavr dərəcələrinə zəmanətli qəbulu təmin olunur: Bachelor of Science in Economics and Business və ya Bachelor of Science in Politics, Psychology, Law and Economics. Eləcə də proqram sonunda zəmanətli qəbul təklif olunan Magistr proqramları: MSc Economics, MSc Business Economics, MSc Business Administration, MSc Accountancy və Control and MSc Econometrics. Proqram 3 semester olmaqla ildə 2 dəfə tələbələri qəbul edir: Sentyabr və Yanvar.

 

Görüş iki hissəsədən ibarət olacaq: qısa prezentasiyadan sonra siz birbaşa nümayəndələrə öz suallarınızı ünvanlaya biləcəksiniz. Görüşə qatılmaq üçün yeganə tələb qeydiyyatdır. Qeydiyyatdan keçdikdən sonra sizə xüsusi ZOOM linki göndəriləcək.

 

Tarix: 19 Aprel, saat 18:00-da

Məkan: online (İştirak üçün qeydiyyat mütləqdir!)

 

Ünvan:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37844539999999","long":"49.8750052"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın