Yüklənir...

shape shape shape shape

Avqust 2021-dən Nyu-York macərana start ver! Adelphi University ilə GÖRÜŞ

15 aprel 2021

Tədbir Tarixi

18:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
Avqust 2021-dən Nyu-York macərana start ver! Adelphi University ilə GÖRÜŞ

Birləşmiş Ştatların ən qədim universitetlərindən birində təhsil almaq.. Üstəlik yeni fürsətlər diyarı olan NYC-ə qatarla cəmi 40 dəqiqəlik məsafədə yerləşən bir kampusda.. Cəlbedici səslənir deyilmi? Qərar vermək üçün tələsməyin, çünki bunlar Adelphi Universitetini seçmək üçün yüzlərlə səbəbdən yalnız bir neçəsidir!

 

1896-cı ildə əsası qoyulmuş Adelphi University — Long Island’ın ən qədim universitetlərindən biri hesab olunur. Universitet daha çox tətbiqi təhsildə fokuslanır. Tələbələr təhsil müddətində AIG, PepsiCo, Verizon, Google və Citibank kimi şirkətlərdə real layihələrdə və stajlarda çalışırlar. Universitet “kiçik siniflər - böyük imkanlar” prinsipinə sadiqdir. Bir müəllimə cəmi 11 tələbə düşür. Universitet Amerikada 17% ən yaxşı yerləşməsi olan universitetlər siyahısına daxildir (Niche). Kampus, istənilən ixtisas üçün ən böyük iş bazarı sayılan New York yaxınlığında yerləşir. Bütün bu üstünlüklər məzunların yüksək maaşlı iş tapmasına və təhsillərinə qoyduqları investisiyaların ödənilməsinə imkan yaradır.

 

Adelphi University reytinq sıralamalarında:

  • Ölkənin ən yaxşı universitetləri sırasında - #170 (U.S. News University Rankings, 2021)

  • Ölkənin TOP-26% ən yaxşı universitetləri siyahısındadır (The Wall Street Journal/Times Higher Education, 2020)

  • Nyu-Yorkun TOP-25 bakalavr biznes proqramlarına sahibdir (Top Management Degree)

  • Məzunların maaşlarına əsasən 4 proqramı ölkənin TOP-10% daxildir (College Factual, 2020)

  • Universitetin biznes məktəbi ölkədə ən yaxşı seçilib (The Princeton Review, 2020)

 

Hər bir məzunun ortalama maaşı ildə $ 75 000 təşkil etməkdədir. Məzunların ən çox qəbul aldığı şirkətlər siyahısında Citibank, Google, IBM, JP Morgan Chase, Microsoft, PwC, Goldman Sachs, Pixar və New York Stock Exchange yer alır.

 

Adelphi University əcnəbi tələbələrə 6 kafedra nəzdində 46 bakalavr və 32 magistratura proqramı təklif edir:

  • Robert B. Willumstad School of Business

  • College of Arts and Sciences

  • Gordon F. Derner School of Psychology

  • College of Education and Health Sciences

  • School of Social Work

  • College of Nursing and Public Health

 

Əgər Siz də bu yay Adelphi tələbəsi adını qazanmaq və Amerika macəranıza start vermək arzusundasınızsa, o zaman 15 Aprel hər birinizi universitetin rəsmi nümayəndələri ilə canlı görüşə dəvət edirik! Qatılın və bütün suallarınıza cavab tapın! Qeyd edək ki, universitetə sənədlərinizi göndərmək üçün son müraciət tarixi 21 İyul, 2021-dir!

 

Görüş iki hissəsədən ibarət olacaq: qısa prezentasiyadan sonra siz birbaşa nümayəndələrə öz suallarınızı ünvanlaya biləcəksiniz. Görüşə qatılmaq üçün yeganə tələb qeydiyyatdır. Qeydiyyatdan keçdikdən sonra sizə xüsusi ZOOM linki göndəriləcək.

 

Tarix: 15 Aprel, saat 18:00-da

Məkan: online (İştirak üçün qeydiyyat mütləqdir!)

 

Ünvan:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"40.37782054099786","long":"49.85115860712335"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın