Yüklənir...

shape shape shape shape

ABŞ-da Universitet Oxumaq

ABŞ-da Universitet Oxumaq

Yaxşı bir akademik həyatın başlanğıcı, keyfiyyətli təhsil prosesi, istədiyiniz kimi gəzmək, yeni sosial həyatınızdan zövq almaq və s. səbəblərə görə Amerikada universitet oxumağa üstünlük verə bilərsiniz. Gələcək barədə narahat olmağı bir kənara qoyaraq, tamamilə təhsilinizə və şəxsi həyatınıza diqqət yetirməyiniz üçün ABŞ-da universitet oxumaq sizə lazım olan bütün şəraiti təmin edəcək.

Tələbələrin çoxunun xəyalına çevrilmiş Amerikada universitet təhsili almaq üçün müxtəlif seçimlər var. Bu seçimlərdən ən çox yayılmış olanları birbaşa 4 illik bakalavr təhsilinə başlamaq, yaxud əvvəlcə iki il icma kolleci (Community College) təhsili aldıqdan sonra istədiyiniz universitetdə bakalavr təhsilini 4 ilə tamamlamaqdır. Buna görə də, ən çox üstünlük verilən metod icma kolleci ilə Amerikada bakalavr təhsilinə başlamaq olur. Çünki Amerikada icma kolleclərinə qəbul olunmaq 4 illik bakalavr pilləsinə qəbul olmaqdan daha asan bir prosesdir. Həmçinin Kollec təhsilinizi müvəffəqiyyətlə başa vurduqdan sonra Amerikadakı digər universitetlər tərəfindən də 3-cü və 4-cü illəriniz üçün qəbul olunmağınız daha asan olacaq.

Birbaşa 4 illik bir universitet təhsilinə başlamaq üçün TOEFL, SAT imtahanı və ya orta məktəb təhsilinizdəki qiymətləriniz də Amerikadakı universitetlərə qəbul olunmağınız üçün əhəmiyyət daşıyır. Əgər ingilis dili bilikləriniz TOEFL və ya SAT imtahanları üçün kifayət etmirsə, müraciət edəcəyiniz universitetdə ingiliscə hazırlıq keçə bilərsiniz, yaxud da Azərbaycanda ingilis dilinizi özünüz inkişaf etdirərək ABŞ-da universitet təhsili almaq üçün müvafiq şəkildə müraciət edə bilərsiniz.

ABŞ-da Universitet Oxumaq üçün Şərtlər

Amerikada universitet oxumaq üçün yerinə yetirilməli şərtlər və hazır olunmalı müxtəlif sənədlər var. Amerikada universitet oxumaq üçün ilkin hazırlıq prosesi, müraciət edəcəyiniz universitet və onun yerləşdiyi ştata görə müxtəlif ola bilər. 

Aşağıda Amerikada universitet oxumağın şərtlərini sizin üçün sıralamışıq:

 

  • Orta Məktəb Diplomu,
  • Qiymətlər / Transkript,
  • Tərcümeyi-hal,
  • IELTS və TOEFL İmtahanının nəticələri,
  • Tövsiyə Məktubları,
  • Müraciət haqqı,
  • İncəsənət və İdman ixtisasları üçün Diplom və ya digər lazımı sənədlər,
  • Sağlamlıq və Diş Sığortası sənədləriniz rəsmi şəkildə təsdiqlənmiş olmalıdır.


Amerikada Universitet Oxumaq üçün Tələbə Vizası 

Əgər ABŞ sərhədləri çərçivəsində universitetdən bakalavr təhsili almaq istəyirsinizsə, mütləq etibarlı tələbə vizanız olmalıdır. Universitet təhsili üçün hər tələbəyə Amerika F1 tələbə vizası lazımdır.

Amerika tələbə vizası üçün müraciətinizə cavab almaq istəyirsinizsə, viza üçün lazım olan sənədləri hazırlayarkən diqqətli olmaq və əksiksiz şəkildə hazırlamaq lazımdır. Amerika tələbə vizasına müraciət etdikdən sonra əksik sənədləri vermək və ya konsulluğun,müraciət zamanı çatışmayan sənədləri tələb etməsi viza qiymətləndirməsinin mənfi nəticələnməsinə səbəb ola bilər. Amerika tələbə viza müraciətləri orta hesabla 1 həftə ərzində cavablandırılır. Tələbə vizasına müraciət edərkən əksiksiz formada hazırlamalı olduğunuz sənədlərin siyahısını burada tapa bilərsiniz.

 

  • Etibarlılıq müddəti təhsilin sonuna qədər davam edən Pasport,
  • Maddi vəziyyətinizi göstərən sənədlər,
  • Viza üçün müraciət haqqı,
  • Təhsil alacağınız universitetin verdiyi qəbul olunmağınızla bağlı sənəd,
  • Təhsil sənədləri,
  • Diplom və tələbə sənədi,
  • Bank hesabınızdan çıxarış,
  • Şəxsiyyət vəsiqəsi,
  • Biometrik foto,
  • Dil bacarıqlarını sübut edən imtahan nəticələri (TOEFL, SAT, GRE, GMAT)
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın