Yüklənir...

shape shape shape shape

16 may - Monacoda Biznes Təhsili - Nümayəndə ilə canlı GÖRÜŞ

16 May 2022

Tədbir Tarixi

14:00

Tədbirin Başlama Vaxtı

17:00

Tədbirin Bitmə Vaxtı
16 may - Monacoda Biznes Təhsili - Nümayəndə ilə canlı GÖRÜŞ

Əgər siz də sahibkarlıq və liderlik bacarıqlarınızı inkişaf etdirərək gələcəyin uğurlu biznes sahiblərindən biri olmağı hədəfləyirsinizsə, International University of Monaco-da MBA təhsili əvəzolunmaz bir seçim olacaqdır. Belə ki, məşhur The Economist jurnalına görə dünyanın ən prestijli 100 MBA proqramından biri olan bu magistr təhsili real iş mühitinə uyğun şəkildə tərtib olunmuşdur. Siz də MBA üzrə təhsil arzusundasınızsa 16 may tarixində, universitet nümayəndəsi ilə canlı görüşə dəvətlisiniz.

Universitetin əsas məqsədi tələbələrə sahibkarlıq ruhunu aşılayaraq uğurlu karyera üçün onlarda baza yaratmaqdır. Universitet MBA proqramı çərçivəsində 70-dən çox beynəlxalq şirkətlə əməkdaşlıq edib tələbələrə praktiki bacarıqlar aşılamaq üçün bu şirkətlərin qoşulduğu “Business day” silsilə tədbirləri keçirir. Belə tədbirlər sırasında  “Practical Workshop”-lar, sənaye yönümlü konfranslar da təşkil olunur. Həmçinin, tələbələr universitet tərəfindən xüsusi olaraq təyin olunmuş özəl mentorluq xidmətindən də istifadə edə bilərlər. Bütün bu təkliflərlə yanaşı, International University of Monaco tələbələrin istehsalat təcrübəsi qazanması üçün hər yay tətilində onlara bəzi “Summer Internship Program”-ları da təklif edir. 

International University of Monaco-da təhsil alaraq tələbələr böyük bir netvörkinq də qurmuş olur. Keyfiyyətli netvörkinqin biznes və sahibkarlıq fəaliyyətlərində danılmaz önəmini nəzərə aldıqda niyə International University of Monaco-da MBA təhsili sualına da aydın cavab tapılır. International University of Monaco kiçik, stimullaşdırıcı, multikultural mühitdə tələbələr və müəllimlər arasında sahibkarlıq və komanda ruhunu, praktiki öyrənmə və qarşılıqlı anlaşmanı təşviq edən görkəmli bir universitetdir. 

Dünyanın ən unikal iqtisadi bazarlarından biri olan Monaco-da biznes təhsili də bu MBA proqramını xüsusilə maraqlı edən amillərdən biridir. Monaco Avropanın təhsilə ən çox önəm verən ölkələrindən biri olub ölkə büdcəsinin 5 faizini təhsilin inkişafına ayırır. Belə ki, ölkə tarixi qədimilik və modern həyatın əsrarəngiz harmoniyasını özündə ehtiva edir. Siz də bu möhtəşəm şansı dəyərləndirərək həm sahibkarlığa atılmaq, həm də bu möcüzəvi ölkəni təcrübə etmək istəyirsinizsə, bizim nümayəndə ilə canlı görüşə qoşulun. 

Görüş 16 may, 14:00 - 17:00 tarixində Azure Biznes Mərkəzində keçiriləcəkdir. Hər birinizi ofisimizdə görmək ümidilə, À bientôt!

 

Görüşdə iştirak üçün saytımızda qeydiyyatdan keçmək zəruridir!!!

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75

Email: [email protected]

Tədbir yeri

{"lat":"40.37838","long":"49.8744473"}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın